“Minaya görə bir ayağım amputasiya olunub, iki gözüm isə görmür”. Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə müsahibəsi zamanı minaya düşmüş Xalid Gülməmmədov deyib.
O bildirib ki, hadisə 2020-ci il noyabrın 11-də baş verib.
“Hadisə Suqovuşanda olub. Həmin vaxtdan da iki gözüm görmür. Vətəndaşlara qəti olaraq lazım olmayan yerlərə getməməyi tövsiyə edirəm. Harada ki bayraqlar asılıb, xətt çəkilib, oraya qəti girməsinlər”, – deyə o qeyd edib.