- “Korrupsiya.az” xəbər verir ki,Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev və Hicran Şərifov İdman Xadimi Cavanşir Qurbanovu ziyarət ediblər.Bu barədə məlumatı Cavanşir Qurbanovun oğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, “Fire Land Group”-un rəhbəri,Cavanşir Qurbanovun oğlu Cəlal Qurbanov öz facebook hesabında paylaşım edim.Paylaşımı təqdim edirik:
Bu gün atamın köhnə dostlarından olan Suraxanı Rayon İcra başçısı Adil Əliyev və beynəlxalq dərəcəli hakim Hicran Şərifov onu ziyarətə gəldi. İdman sahəsindən olan 3 insanın, əlbəttə ki, danışmağa çox sözü, müzakirə edəcəyi çox mövzusu var idi. Adil Əliyev və Hicran Şərifova bu ziyarətinə görə ailəm və öz adımdan dərin təşəkkürümü bildirirəm. Düşünürəm ki, İcra başçıları cənab Prezidentlə Şəhid ailələri arasında bir körpüdür. Bu körpünü layiqincə qoruyan icra başçılarından biri də Adil müəllimdir. O, daim Şəhid ailələrinin yanında olan, Şəhid əmanətlərinə öz övladı kimi yanaşan, hər addımda Vətənini, xalqını düşünən bir insandır. “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihəsinin silsilə tədbirlərində imkan düşdükcə mütamadi iştirakı, bu tədbirlərə xüsusi həssaslıqla yanaşması Adil müəlimin qəhrəman qardaşlarımızın ailələrinə səmimi sevgi ilə yanaşmasının təzahürüdür. Adil müəliim, bu diqqətə, bu həssaslığa, bu böyük ürəyə görə sizə təşəkkür edirəm! Atamı daim diqqətdə saxlayan, tez-tez ona baş çəkən Hicran bəyə də səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Var olun! Deyə Cəlal Qurbanov bildirib.
Qeyd edək ki,Cavanşir Qurbanov uzun illər Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti və Milli Güləş Federasiyasının Prezidenti və Yasamal Rayon Ağsaqqallar şurasının sədridir.