Bu ilin sentyabr ayı ərzində Azərbaycan yalnız 2 ölkədən qızıl idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, sentyabr ayında ABŞ-dən ölkəmizə 1 969,1 kiloqram, Rusiyadan isə 1 985 kiloqram qızıl gətirilib.
Məlumat üçün bildirək ki, ABŞ-dən idxal olunan qızılın bir qramının orta gömrük dəyəri 83,3 dollar (141,6 manat), Rusiyadan idxal olunan qızılın bir qramının orta gömrük dəyəri 80,9 dollar (137,6 manat) olub.
Onu da qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 1 milyard 833 milyon 814 min dollar olan 23 min 858,5 kiloqram qızıl gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl idxalı 434 dəfə artıb.
Bu ilin ilk 9 ayında Azərbaycana qızıl əsasən aşağıdakı ölkələrdən gətirilib:
Avstraliya – 11 854,14 kq (bir qramın orta gömrük dəyəri 76,4 dollar);
ABŞ – 5 947,8 kq (78,1 dollar);
Kanada – 2 023,23 kq (74,4 dollar);
İsveçrə – 1 977,76 kq (76,2 dollar);
Rusiya – 1 985,03 (80,9 dollar);
Türkiyə  – 69,94  1485,89 (21,2 dollar).
Paylaş