“Bitcoin”in qiyməti tarixi maksimumunu yeniləyərək, 97 min dolları keçib.
Korrupsiya.az “Coindesk”ə istinadən xəbər verir ki, saat 09:00-a olan məlumata görə, virtual valyuta 5,66% artaraq 97,5 min dollara çatıb.
Kriptovalyuta noyabrın 5-də Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra bahalaşmağa başlayıb. “Binance”ın rəhbəri Riçard Tenq, Trampın Ağ Evə qayıtdıqdan sonra kriptovalyutalar üçün qızıl əsrin olacağını proqnozlaşdırıb.