HAKİMİKYYET.AZ-ın saytına 20 Yanvar elilindən şikayət daxil olub.
Qanlı 20 Yanvar terrorundan 27 il keçir . Elə o günlərdən uzaqlaşdıqca məmurların “qan yaddaşı” da korlanır deyəsən . Qanunla 20 Yanvar əlillərinə , şəhidlərinə düşən güzəştlər ildən – ilə maliyyə qurumlarının , icra hakimiyyətlərinin rüşvət mənbəyinə çevrilir . Fikir verin , 20 Yanvar , Qarabağ əlillərinə Prezidentin 26.12.2001 tarixli 613 saylı fərmanı ilə ayrılan kommunal , nəqliyyat və s. güzəştlərin əvəzi aylıq müavinət – kompensasiyanı maliyyə qurumları necə yeyir ? Fərmanda və fərmanın icrasının təmin edilməsi haqqında Nazirlər Kabinetinin 02 yanvar 2002 tarixli 9 saylı qərarında 20 Yanvar , Qarabağ əlillərinə 26 manat aylıq müavinətin dövlət büdcəsindən Maliyyə Nazirliyinin (MN) ayırması təsbit olunsa da , MN Aparatının rəhbəri Namiq Süleymanov bu məbləğin ayrılıb – ayrılmaması haqqınd sorğumuza “bəzi kateqoriya şəxslərə müavinətin təyin olunmaması” cavabını verib . Axı , MN müavinət , pensiya təyin etmir , sadəcə ayrılan məbləği təyinatı üzrə müvafiq qurumların hesabına keçirir ! Aydındır ki , bu cavab məmur özbaşınalığından və müavinəti ödəməyə borclu olan DSMF – in keçmiş maliyyə idarəsinin keçmiş müdiri Məmməd Nuriyevin və hazırda ləğv olunan pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyevin ( bu məmur da vəzifəsindən qovulub ) MN – lə birlikdə mütəşəkkil müavinət – kompensasiya mənimsəmə faktından qaynaqlanır . Sosial mənimsəmə faktı göz önündə olsa da , nə prokurorluq , nə də məhkəmə bu fakta hüquq qiyməti vermir , əksinə özləri də əlillərin cüzi kompensasiyasına ortaq olurlar . Maraqlı və məntiqli sual doğur : Bəs “Əlillərin sosial müdafiəsi haqqında “ qanun və bu qanunun 36 (“Əlillərə rabitə xidməti”) , 41 (“Əlillərə nəqliyyat xidməti”) , 42 (“Tibbi xidmət , dərman vasitələri ilə təminat”) , 43 (“Əlillərə mənzil – məişət xidməti”) maddələri , Prezidentin bu qanunun maddələrinin tətbiq olunması haqqında 26.12.2001 tarixli fərmanı niyə qəbul olunub ? İcra edilməməsi üçün , yoxsa , dələduz məmurların yeməsi üçün ? Axı ,Konstitusiyanın 149 – cu maddəsində yazılıb ki , qanunların icrası və tətbiqi hamıya , icra hakimiyyətlərinə , məhkəmələrə də məcburidir . Nə yazıq , məhkəmələr Konstitusiyaya yox , ciblərinə xidmət edir . Elə bu səbəbdən 20 Yanvar əlili Kifayət Qurbanova 26 manatlıq kommunal , nəqliyyat və s. xidmətlər üzrə güzəştlərin əvəzinə aylıq kompensasiyadan – müavinətdən məhrum edilib . Öncə yuxarıda adlarını çəkdiyimiz DSMF – in keçmiş əməkdaşları əlilin müavinətini yemələrini bu müavinətin əmək pensiyaçılarına verilməməsi ilə əsaslandırırdılarsa , kompensasiyanın sosial müavinət , yəni sosial pensiya olmadığını , həmin müavinət – kompensasiyanın həm əmək pensiyaçısı , həm də sosial müavinətçi , yəni sosial pensiyaçı 20 Yanvar , Qarabağ əlillərinə verilməli olmasını anladandan sonra başqa bəhanəyə əl atıblar . Guya həmin aylıq kompensasiya – müavinət pensiyanın ümumi məbləğinə daxil edilib . Əlilliyini gec aldığından 20 Yanvar əlili yalnız pensiyanın baza hissəsini (hazırda bu məbləğ 105 manatdır ) alırsa , bu ümumi məbləğə 26 manatın daxil edilmədiyi açıq – aşkar görünmür ? Ədalət adına onu da vurğulayaq ki , DSMF rəhbərliyindəki dəyişiklikdən sonra qanunsuz kəsilən , verilməyən müavinətlərin bərpa olunmasına başlanılıb .
20 Yanvar əlili Kifayət Qurbanovanın Binəqədi rayonu , Xocahəsən bələdiyyəsindən öz pulu ilə aldığı torpaq sahəsində fərdi yaşayış evi tikməsinə də elə Binəqədi RİH qanunsuz sənədlər tələb etməklə mane olur . 3 ildir başçının 1-ci müavini hər 3 aydan bir 20 Yanvar əlilindən 3 nüsxədə müvafiq layihə və s. sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini tələb edib alır , amma hələ də əlilə öz evini tikməyə icazə vermir . Halbuki əlilin daxmasının böyür – başında əzəmətli villalar ucalır . 20 Yanvar əlilinə isə yardım etmək əvəzinə icazə , yəni rüşvət tələb edib , evini tikməyə də qoymurlar .”Şəhərslma və Tikinti Məcəlləsinin” 79 və 80 maddələrində isə hündürlüyü 12 metrə qədər olan tikintilərə icazə tələb olunmadığı , tikintiyə nəzarətin FHN – in üzərinə düşdüyü yazılıb . Fikir verin , 3 ildir 20 Yanvar əlili qanunda nəzərdə tutulmayan sənədləri özü də onlarla təsdiq olunmuş nüsxələrini təqdim edir , amma hələ də evini tikməyə icazə verilmir !(??) Bu “tikinti qaydaları” digər icra hakimiyyətlərinin –Sabunçu , Suraxanı və s. RİH-lərin də başlıca rüşvət , korrupsiya qaydalarıdır .
Budur 20 Yanvar , Qarabağ əlilinə dövlət qayğısı ? Belə “qayğını” dırnaq içərisinə almaqdan başqa yol qalmır …
Məğrur Bədəlsoy.
.HAKIMIYYET.AZ olaraq qarsı tərəflərində movqeyini dinləməyə hazırıq.
HAKİMİYYET.AZ…..