Bakı Şampan Şərabları ASC-nin qanun pozuntuları rəhbərlik tərəfindən yoxlanılmamaqdadır. Belə ki, ötən yazılarımızda qeyd etdiyimiz fəhlə narazılığı və 4 aylıq maaşlarının verilməməsi məsələsi hələdə öz həllini tapmayıb. Maaşın ödəməməsi azmış kimi hələ səhimlərində qeyri-qanuni yollarla mənimsənilməsi ilə bağlı şikayətlər daxil olmaqdadır.
25 ildir ki, Azərbaycan Respublikası torpaqların bütövlüyü uğrunda apardığı mübarizədə şəhid olanlara Prezidentin yüksək diqqəti heç kəsin nəzərindən qaçmayıb. AR ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə böyük ehtiram göstərən ölkə rəhbəri onların sosial durumunun yaxşılaşdırılması üçün bir çox fərmanlar imzalamış maddi və mənəvi yardımlar etmişdir. 25 il ərzində bir dəfə olsun belə şəhid ailələrinə qayğıda yardımda qüsurlara yol verilməyibdir. Dövlət vətəndaş münasibətlərindən yüksəkdə tutulan şəhid xatirəsi torpağına görə canını vermək istəyənlərin sayına say qatmışdır. Vətən torpaq Azərbaycan xalqının daim qanınında ürəyinin döyüntüsündə olan sevgisidir. Təəssüflərolsun ki bu gün o sevgisi ilə canını verənlərin ailə üzvlərinə bəzi “şəxs”lər tərəfindənhörmətsizliklər edilməkdədir.
Bakı Şampan Şərabları ASC-nin son təyin edilən sədri Sahib Cəfərov isə ölkə rəhbərinin verdiyi qərarların o cümlədən çıxışlarının əleyhinə işlər aparmaqdadır. Şəhid ailəsinə zülm edən S.Cəfərov arxalandığı nazir müavini hesabına heç kəsi vecinə almamaqdadır. Dəfələrlə yazılan yazılara görə redaksiyamıza məqalələrin çıxarılması və 1-2 nəfərin maaşını ödəməyə hazır olduğunu ismarıc olaraq göndərməsi artıq bu şəxsin hansı qanunsuzluqların burulğanında dövr etməsi aşkar olmuşdur. Əslində S.Cəfərov məsələyə insani prizmadan deyil biznesmen kimi yanaşması bu gün 50-60 ailənin 4 aylıq əməkhaqqlarının ödənilməməsinə gətirib çıxarmaqdadır. 2 gün ərzində 70 min manat maddiat əldə edən S.Cəfərov həmin pullardan maaş ödəməkdən boyun qaçırması kimlərinsə diqtəsi ilə bunu etdiyini və ya öz şəxsi maraqlarına görə 50-60 ailəni çörəksiz qoymaqdadır. Bakı Şampan Şərabları ASC-nin fəhlə sinifi olan xanım və bir neçə kişi üzvü maaş üzünə həsrət olsada S.Cəfərovun yaxın qohumları hər ay maaşlarını almaqdadırlar. Fəhlələrdə haqlı olaraq səhimlərinin ödənilməməsi və həmin zavodun daxilində icarəyə obyektlər verilməsini pisləməkdədirlər. Sahib Cəfərov unudur ki, qanuni olaraq hər bir səhimdarın söz və işlə ilə bağlı, gələcək qazancla bağlı maraqlanmaq kimi hüququ vardır. Aərbaycan Respublikası ərazisində təyin edilən qanuni haqqlarını tələb edən fəhlə sinifi neçə illərdir səhimlərini ala bilmədiklərini və bununla bağlı məhkəməyə müraciət edərək haqqlarının bərpa edilməsini təzminatların verilməsi tələbini irəli sürəcəklərini bildiriblər.
Şəhid xanımının səhəti pisləşib…
Son aldığımız xəbərə görə bir neçə gündür şəhid ailəsi olan zavod əməkdaşının səhhətində bir sıra problemlər yaranıb. Şəhidin xanımı səhhəti ilə bağlı müdiriyyətə müalicəsi üçün pul ayrılmasını istəsə də rəhbərlik bu tələbi rədd edib. Həmin şəhid ailəsi isə səhimçilərdən biridir. Qanuni olaraq onun haqqı ödənilməməsi azmış kimi səhhətinində təhlükə altında qalmasına rəvac verilib. Redaksiyamızın əməkdaşları Şəhid ailəsi ilə maraqlananda məlum olub ki, xanımın səhəti heçdə normal deyil bir neçə müddətdir zavod daxilində keçirdiyi stress və müdiriyyət tərəfindən edilən hörmətsizliklər onun səhətini birazda ağırlaşdırıb. S.Cəfərovun sağ əli olduğu bildirilən Həmkarların sədri Həqiqət xanımsa vəzifəsini unudaraq fəhlələri müdiriyyətin haqqsız ələblərinə boyun əyməyə haqlarının pozulmasına göz yumaqdadır. Şəhid xanımı səhəti pisləşdiyindən müalicəyə cəlb edilib. Hal-hazırda işlədiyi zavod rəhbərliyi isə şəhidin xanımı ilə maraqlanmır…
Prezident ailəsinin adından istifadə edilir…
BakuNews.az-da dərc edilən məqalələrdən sonra Energetika nazirinin müavini Gülməmməd Cavadovun zavoda yoxlama göndərdiyi xəbəri yayılıb. Rəhbərlikdən fəhlələrə verilən məlumata görə, tələblər yerinə yetiriləcəyi deyilsədə yoxlama hansı tərzdə gəlib getməsi məlum olmayıb. Yoxlama məqsədinin nədən ibarət olduğuda bu yolla məlum olub. Gülməmməd bəyin bu fəhlələrin haqqlarını müdafiə etməməsi S.Cəfərovla olan yaxın qohumluq bağlarından irəli gəldiyi bildirilməkdədir. Bu özbaşınalıqdan əvvəl zavod əməkdaşlarının şikayəti əsasında PA-dan verilən göstərişlə Nazir Səlim Müslümovun tapşırıqları əsasında fəhlələr işlərinə bərpa edilib və maaşları ödənilmişdir. Həmin hadisənin eynisi bu gün yenidən həyata keçirilir. Amma burda artıq tək Sahib müəllim deyil onun qaynı Gülməmməd Cavadovun əmrləri əsasında işlərin idarə edildiyi qeyd edilməkdədir. Zavod rəhbərinin fəhlə haqqını ödəməkdən imtina etməsi və heş kəsdən qorxmadıqlarını, onlara kiminsə nəsə edə bilməyəcəklərini qeyd edərək mərhum Cəlal Əliyevin adını halandırmaları kasıb təbəqəyə edilən təzyiqlərdən başqa bir şey deyildir. Heç bir dövlət qurumundan qorxusu olmayan S.Cəfərov nazir müavini olan qohumundan başqa kimsənin ona nəsə edə biləcəyini belə düşünmür. G.Cavadov niyə məsəlyə münasibət bildirməməsinin səbəbi isə çox sadə izah edilməkdədir. Cəlal Əliyevlə qohumluq əlaqələri fəhlələrə zülüm etməyə haqq qazandırdığını sanmaqlarıdır ki, buda hakim dairələrdə bir mənalı olaraq yaxşı qarşılanmamaqdadır. Bu cür yanaşma tərzlərinə Prezidentində mövqeyi bir mənalı olaraq ailə podratçılığına qarşı sərt təpkilərin olduğu aşikardır.
P.S. Mərhum C.Əliyevin sevimli qızını oğluna həyat yoldaşı alan G.Cavadov o qədər arxayın düşüb ki, hətta prezidentin və onun qohumlarının sadə xalq üçün həyatlarını ortaya qoymasını görməməzlikdən gəlir. Cəlal Əliyevin adından sadə və əməksevər əhalini incidilməsi, əslində ailənin xalq arasında olan nüfuzundan sui-istifadə edərək milyonların mənimsənilməsinə yönəlik adımlardır. Heydər Əliyevin hakimiyyəti dönəmində xalqın rifahına qoyulan əziyyətlər bu gün bir neçə şəxs tərəfindən, Ulu Öndərin siyasi kursunun davamçısı, Prezident İlham Əliyevin xalq arasında olan nüfuzuna xələl gətirmək cəhdlərinə yönəlimiş bu cür addımlar cəmiyyət tərəfindən qınanmaqdadır. Prezidentin əmisinin adından istifadə edən şəxslər düşünmürlərmi ki, bir gün qanun bunun hesabını onlardan tələb edə bilər.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.
BakuNews.Az
Redaksiyadan: Yazıda adı çəkilən qurum və şəxslərin mövqeyini dinləməyə hazırıq.