Azərbaycanda “niqodnıy” vətəndaşlar barəsində araşdırmalar başlandığı xəbəri yayılıb
Ulus.Az xəbər verir ki, Arzu Rəhimovun rəis olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri hərəkətlənib.
Həmçinin, həkim komissiyaları tərəfindən xəstəlik adı ilə xidmətə yararsız hesab olunaraq hərbi bilet alanlarla bağlı sərt ölçü götürüldüyü iddia edilir.
Bununla bağlı artıq nazirlikdə xüsusi komissiya yaradılıb. Bildirilir ki, “xidmətə yararsız” adı ilə hərbi bilet alan gənclərin sağlamlığı yenidən yoxlanılacaq.
Onlara həmin biletləri verən aidiyyəti qurumlarda araşdırmalar aparılacaq. Qanun pozuntusuna yol verən şəxslər isə ciddi şəkildə cəzalandırılacaqlar.
Hərbi jurnalist Ramil Məmmədli metbuat.az-a açıqlamasında bu cür halların aşkarlandığı şəxslərin cərimələnməsini təklif edib. Onun sözlərinə görə, baş verən neqativ halların araşdırılması çox düzgün qərardır.
Ulus.Az xəbər verir ki, Arzu Rəhimovun bu istiqamətdə tədbirləri şəffaf təmin olunacaqsa o halda proqressiv addım hesab etmək olar.
Çünki ölkədə yüzlərlə hərbi xidmətdən yayınan və xəstəlik adı ilə əsgərliyə getməyən dövlət qulluqçuları, məmurlar, onların övladları var.
Bu haqda dəfələrlə mətbuatda yazılar dərc olunub. A.Rəhimovun və müavini Novruzəli Orucov rəhbərlik etdikləri qurumu korrupsiya yuvasına çeviriblər. Bu gün də həmin qurum “niqdonı” bilet alveri ilə məşğul olmaqda ittiham edilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2011-ci ildə yaradılıb. Neçə müddətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərliyi altında cərəyan edən özbaşınalıqlar dövrü mətbuatın diqqət mərkəzindədir.
Buna qədər yazılanlar arasında dövlət xidmətinin yarandığı gündən bu yana yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları, habelə digər bu kimi faktlar ictimailəşdirilirdi.
Ulus.Az xəbər verir ki, Arzu Rəhimovun rəhbərlik etdiyi qurumun xidmət rəisi müharibə şəraitində yaşamağımıza baxmayaraq, saxta hərbi bilet sataraq milyoner “iş adamına” çevrilib.
Hərbi bileti təxminən 4500 – 5000 manat arasında satan İlqar Əlimirzəyevin həmçinin Qəbələdə villa biznesi ilə də məşğul olduğu bildirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışanların övladlarının böyük hissəsi ya hərbi xidmətdən yayınır, ya da cəbhə bölgəsindən kənarda xidmət edirlər.
Daha əvvəl səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun oğlu Murad Rəhimovun da hərbi xidmətdən yayınması haqqında mətbuatda məlumat yayımlanmışdı.