Redaksiyamızın elektron ünvanına Laçın rayon sakini Samir (Samil) Həsənzadə adlı vətəndaş müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik.

Laçın rayonunun bir çox idarə və müəssələrində qanun pozuntusuna yol verilib, lakin, bu idarə müdirləri içində ən özünə arxayın olanı Balay Bəndəliyevdir. Bu Bəndəliyev Balay elə hesab edir ki, Laçın rayon məşğulluq idarəsi onun şəxsi biznes sahəsidir. Balay Bəndəliyev Bakı, Sumqayıt və digər rayonlarda yasayanlara “əlli- əlli” prinsipiylə “işsizlik pulu“ verir. Onun karupsiya əməlləri bununla da bitmir. Balay Bəndəliyev Laçın rayonunun kasıblarına iş barəsində kömək etmək əvəzinə, imkanı olanlara köməklik edir. Biz Laçınlılarda da belə bir fikir yaranır ki, yəqin ki, Balay Bəndəliyev pul yığaraq varlı təbəqəyə iş verir. Laçın rayon Qarakeçdi kənd sakini Cəbrayılov Mikayıl Məmmətiyar oğlundan da ona dövlətimiz tərəfindən özünə məşğulluq məqsədiylə heyvan alınması ücün 800 (səkkiz yüz) manat pul tələb edib və bildirib ki, pul Laçın rayon İcra hakimiyyətinin başçısı Aqil Nəzərliyə çatacaq. Sizə bir daha bildirmək istəyirəm ki, Mikayılın altı nəfər ailə üzvü var.Ailəni tək çörək puluyla dolandırır . Onu da qeyd edim ki, Laçın rayonunda o, bir çox yerlərə müraciət etsə də, onun müraciətlərinin heç birinə baxılmayıb.

Yəqin ki. Balay Bəndəliyev bu müaciətdən sonra lazımi köməkliyi göstərəckdir.//veten-tv.az

Paylaş