Beyləqan rayonunda büdcədən maliyyələşən təşkilat və müəssisələrin əməkdaşları məcburi qaydada küçələrin təmizlənməsinə cəlb edilir
Mayın 8-də Beyləqanda Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin tapşırığı ilə küçə süpürməyə başlanıb.
İməclikdə qaz istismar idarəsində, məktəblərdə və büdcədən maliyyələşən digər idarələrdə 120 manat maaşa işləyən xadimələrə məcburən küçələri süpürtdürürlər.
Küçələrdəki ağacların, güllərin dibini qazdırırlar. Əslində isə həmin xadimələr çalışdığı qurumlarda təmizlik işləri ilə məşğul olmalıdırlar. Bundan qabaq da icra başçısı tibb işçilərinə küçə süpürtmüşdü. Bu barədə xəbər yaymışdıq.
Tibb işçiləri aramsız olaraq küçələrin süpürülüb təmizlənməsinə, küçələrdə ağacların rənglənməsinə, küçə bardorlarının və küçələrdəki işıq dirəklərinin yuyulması və rənglənməsi kimi işlərə cəlb ediliblər.
Belə ki, Beyləqan müəllimlərindən və tibb işçilərindən daxil olan məlumata əsasən Beyləqanın icra başçısı onların pambıq pulunu mənimsəyib və dədə malı kimi cibinə qoyub.
Bildirilir ki, Beyləqan şəhər məktəblərinin müəllimləri və Beyləqan Mərkəzi Xəstəxanasının tibb personalı məcburi şəkildə pambıq yığımına cəlb olunub. Onlara bildirilib ki, yığdıqları pambığın pulunu 15 qəpikdən alacaqlar.
Rayonda ciddi narazılıq yaranıb. Beyləqan şəhəri hər gecə qaranlığa qərq olur.
Belə ki, təxminən iki aya yaxındır ki, gecələr Beyləqan şəhərin bütün küçələrində, hətta Heydər Əliyev prospektində və Heydər Əliyev parkında da küçə işıqlarını yandırmırlar.
Gecələr şəhərin bütün küçələri zülmət qaranlığa qərq olur və vahiməli mənzərə yaranır. Belə olan halda gecələr sakinlərə qarşı istənilən kriminal hadisə törədilə bilər.
Bu da təhlükəsizlik baxımından sakinlərin narahatlığına səbəb olur. Buna görə də gecə vaxtı sakinlər küçələrə çıxmaqdan çəkinirlər.
Onu da deeyək ki, Beyləqan Mərkəzi Xəstəxanasının tibb personalı isə 3 ton pambıq yığaraq, (cəmi 11 ton), təhvil veriblər.
Bundan sonra isə müəllim və tibb işçiləri onlara yığdıqları pambığın pulunu istəsələr də, onlara deyilib ki, pambığın pulunu icra başçısı götürüb.
11 ton pambığın 0,15 manatdan qiyməti 1650 manat edib. Yəni faktiki olaraq Vaqif Abdullayev müəllimlərin 1200 manatını, tibb işçilərinin isə 450 manatını ata malı kimi cibinə qoyub. ulus.az