Təhsil naziri Mikayıl Cabbarovun bundan xəbəri varmı?
Qəzetimizdə tez-tez işıqlandırdığımız məsələlərdən biri də təhsil sahəsində mövcud olan problemlərdir. Təəssüf ki, bu sahədə çoxsaylı neqativ hallar var. O da təəssüf doğurur ki, təkcə uşaqlar və valideynlərin deyil, müəllimlərin belə hüquqlarının pozulması halları baş verir. Redaksiyamıza daxil olan məlumata görə, Gəncədəki 8 saylı Maliyyə Hesablaşma Mərkəzi müəllimləri hesaba otuzdurub. Məlumatlı mənbənin bildirdiyinə görə, Təhsil Nazirliyinin Gəncədə fəaliyyət göstərən 8 saylı Maliyyə Hesablaşma Mərkəzi tərəfindən müəllimlərdən maaş alandan dərhal sonra pul yığılır: “Artıq ikinci dəfədir ki, müəllimlərdən necə deyərlər, bac-xərac yığılır. Hər bir müəllimin maaşından müəyyən məbləğ tutulur və bu məbləğ məhz 8 saylı Maliyyə Hesablaşma Mərkəzinin xanım işçisinə verilir. Həmin xanım işçinin kim olduğu hələlik tam dəqiqləşməsə də, məbləği dəqiqləşdirmək mümkün olub. Gəncənin özündə nə qədər vəsait yığıldığı bəlli deyil, Ancaq bu bölgədəki qaçqın və məcburi köçkün rayonlarından, eləcə də digər rayonlardan aşağıdakı məbləğlər yığıır:
Kəlbəcər – 3000 manat, Göygöl – 1500 manat, Naftalan – 500 manat, Samux – 1500 manat, Xocalı – 500 mant, Goranboy – 2000 manat”.
Xatırladaq ki, mart ayında maaş alan müəllim ordusuna təhsil idarələrinin müdirləri bu vəsaiti niyə yığdıqlarını qəribə şəkildə izah ediblər: “Onlara deyiblər ki, Novruz bayramı ərəfəsində maaşı tez alsınlar deyə bu məbləğ yığılmalıdır. Artıq mart ayından bu “qayda-qanun” qüvvəyə minib. Görəsən bir ili yenicə tamam olan reqional hesablaşma mərkəzlərində özbaşınalıqların baş alıb getməsi Təhsil naziri Mikayıl Cabbarov tərəfindən hələ də susqunluqla qarşılanır. Görünür, “aşağılar”da baş verən özbaşınalıqlardan “yuxarılar”ın xəbəri yoxdur. Ya da bu özbaşınalıqlara elə “yuxarılar” özü rəvac verir. Biz müəllimlərin ciddi narazılıq etdiyi şikayəti işıqlandırdıq. Tədbir görmək isə Təhsil Nazirliyinin vəzifəsidir.
gundemxeber.az
KORRUPSİYA.AZ