Bir neçə rayonun yaşlı icra başçısı yola salınır

Şabranın rəhbəri Novruz Novruzov, Hacıqabulun icra hakimi Muxtar Əhmədov vəzifəsi ilə vidalaşır.

Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov əslən rəhbərlik etdiyi rayondan deyil. Əhməd Kərəm oğlu Muxtarov 5 fevral 1951-ci ildə Yevlax rayonunun Malbinəsi kəndində anadan olub.

Əhməd Muxtarov fəaliyyətindən ən çox narazılıq edilən icra başçılarının sırasında qərarlaşıb. Bunun səbəbləri isə kifayət qədərdir.

Hər halda ölkə boyunca müşahidə edilən inkişaf fonunfa Hacıqabul rayonunun hələ də problemlər girdabında çabalaması ən böyük faktdır.

Rayonda işsizlik səviyyəsinin yüksək olması, abadlıq-quruculuq işlərinin yarıtmaz şəkildə həyata keçirilməsi, ayrılan büdcə pullarının mənimsənilməsinə dair şübhələrin yayğın olması – bütün bunlar müasir Hacıqabulu səciyyələndirən əsas kriteriyalara çevrilib.

Əhməd Muxtarov hər ay rayon Təhsil şöbəsi, Səhiyyə idarəsi, Mədəniyyət və Turizm şöbəsi, Suvarma Sistemləri İdarəsi, Pirsaat Qış Otlaqlarının Su Təchizatı Sistemləri İdarəsi, Kür Su Kəmərləri İdarəsi, Rayon Telefon Qovşaq idarəsi, 2 saylı Yol Yaşıllaşdırma MMC və digər təşkilat rəhbərlərindən hesab alır. Hökumət isə regionlara gənc kadrlar yerləşdirməki planlaşdırır.

 Şabranın rəhbəri Novruz Novruzov da uzun müddətdir vəzifədədir.

Uzun illərdən bəri rayon rəhbərliyinin bacarıqsızlığı ucbatından, daha doğrusu başları özlərinin mülklərini, kapitallarını artırmağa qarışdığından bu gün Şabranda kənd təsərrüfatı sahəsi tənəzzülə uğramış, yerli sahibkarlıq məhv edilib.

Novruz Novruzovun Şabrana rəhbərlik etdiyi dövrün 10 il olmasına bir-iki ay qalıb. Novruz müəllim 22 ildir ki, müxtəlif zamanlarda və müxtəlif rayonlarda icra başçısı vəzifəsində çalışıb. Rəsmi vəzifəsi ilə yanaşı, həm də bədii yaradıcılıqla da məşğul olur.

Məhz bu səbəbdəndir ki, bu gün yoxsulluğun girdabında çabalayan şabranlılar “Novruz müəllimin başı bizə dolanışıq yerləri yaratmağa yox, şeir yazmağa qarışıb” deyirlər.

Novruz Novruzov rəhbərliyə başladığı dövrdən Şabranda azad sahibkarlığı demək olar ki, sıradan çıxarıb.

Bir neçə il öncə Novruzovun zülmündən qaçıb mətbuata üz tutan şabranlı iş adamı Rasim Həmidov bildirirdi ki, “Şabranda sahəsi 100 və 36 kvadratmetr olan iki ticarət obyekti var.

Həmin dükanlar 21 il işlək vəziyyətdə olub. İcra başçısı üç ildir ki, həmin mağazaları bağlatdırıb, R.Həmidovun sahibkarlıq hüququnu ləğv etdirib, özünü isə məhkəməyə verib:

“Novruz Novruzovun şəxsi tapşırıqlarını yerinə yetirmədiyimə görə 3 ildir obyektimi bağlayıb. Dükanın dəyəri 50-70 mindirsə, icra başçısı o qədər ”şapka” istəyir”.ulus.az

Paylaş