regionxeberleri.com-un verdiyi xəbərə görə, Bərdə rayon Baytarlıq idarəsinin rəisi M.İsmayılov keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun dövründə işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilsə də, yeni nazir Heydər Əsədovun dövründə işinə qaytarılıb. M.İsmayılov buna qədər Bərdə Zona baytarlıq labalatoriyasının direktor vəzifəsində işləyib. Lakin orda da ciddi narazılıqlar yaranıb. Bərdə rayon Baytarlıq idarəsinə qayıdışından sonra isə M.İsmayılov əməllərindən geri qalmayıb. Onun kollektiv arasında hegemonluq etməsi, vətəndaşlarla qaba rəftarı azmış kimi işçilərin maaşını mənimsədiyi haqda iddialar var. İdarə rəisi Maliyyə Nazirliyi və KTN-dən yoxlama gəldiyini bəhanə edərək onları yola salmaq üçün idarə işçilərinin maaşına və mükafat puluna sahiblənib, təxminən bunun 24 min AZN olduğu bildirilir. Bundan narazılıq edən 5 nəfər idarə işçisi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, KTN rəhbərliyinə və ayrı-ayrı dövlət quurmlarına şikayət göndəriblər. Bu məlumatlar əsasında nazirliyin hüquq şöbəsindən Bərdə Baytarlıq İdarəsinə yoxlama gəlib və həmin faktlar öz təsdiqini tapmışdır.
regionxeberleri.com-un verdiyi məlumata görə, həmin işçilər M.İsmayılovun onların maaşını götürdüyünü təsdiqləyiblər.
Nazirlikdən gələn komissiya izahatları alıb Bakıya dönüb. Ancaq bu müddətdə idarə rəisi barəsində heç bir tədbir görülmədiyi bildirilir. M.İsmayılov işçilərdən aldığı 24 min AZN pulu KTN çatdıracağını bildirmişdir. Lakin idarədə çalışanlar buna inanmamışdırlar. Ancaq nazir H.Əsədovun M.İsmayılovun bu qədər qanunsuz əməllərinə göz yumduğunu gördükdən sonra idarə işçiləri M.İsmayılovun sözlərinə inanmağa başlayıblar. Bu azmış kimi dövlət vəsaiti hesabına alınmış vaksinlər və dərman preparatları rayon əhalisinin mal-qarasına vurulmur və özünə məxsus baytarlıq aptekində satışını təşkil edir. Sahə baytarlıq həkimlərinə verilən vaksinlər əhalinin mal-qarasına vurulmaq əvəzinə, bir kənara atılaraq saxta aktlar tərtib olunaraq nazirliyə yalan hesabatlar göndərilmişdir. Bütün qeyd olunanlar barəsində Dövlət Baytarlıq Xidmətinin işçiləri araşdırma aparmış, bütün bunlar araşdırma nəticəsində öz təsdiqini tapmış, bu barədə xidmət işçiləri tərəfindən arayış tərtib olunaraq nazir H.Əsədova məruzə edilməsi üçün həmin akt və arayışlar Dövlət Baytarlıq Xidmətinin rəis əvəzi Azər Süleymanova təqdim olunmuşdur.
O da deyilir ki, M.İsmayılov heç nədən çəkinməyərək idarənin həyətini bir fiziki şəxsə 7 min manata satıb və həmin adam ərazini hasarlayıb. Bu fakt yenə də, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin işçiləri tərəfindən yerində araşdırılmış və video çəkiliş aparılmışdır.
Bundan əlavə, onun işçilərin üzünü belə görmədiyi sürücünü ştata yazdırıb maaş karıtın üstündə gəzdirdiyi aydınlaşıb. Bu barədə DBNX işçiləri araşdırma apararaq idarə işçilərindən izahat almışlar və həmin idarənin işçiləri idarədə işləyən belə bir sürücünü tanımadıqlarını öz izahatlarında təsdiq etmişlər. Əgər bu barədə banka sorğu keçirilsə sürücüyə məxsus maaş kartının kim tərəfindən çıxarıldığı məlum olacaq.
2010-cu ildə Mehman İsmayılov bildirib ki, nazirə qarşı işə bərpa və məcburi iş buraxma ilə əlaqədar əməkhaqqının ödənilməsinə dair Bakının Səbail rayon Məhkəməsində iddia qaldırıb. O, işdən uzaqlaşdırılmasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanı da ittiham edib.
M.İsmayılovun qənaətinə görə, S.Rüstəmova ona qarşı qərəzli mövqe tutub, onun rəhbərlik etdiyi rayon şöbəsinə bir ayda iki dəfə yoxlama göndərib və nazirə əsassız şəkildə qərəzli məlumatlarla dolu məruzə təqdim edib.
Onu da deyək ki, nazirə güc nümayiş etdirməyi bacaran Mehman İsmayılov bu qanunsuzluqlar və cinayət əməllərini Bərdə rayon Kənd Təsərrüfatı idarəsinin rəisi işləyən qardaşı Vüqar İsmayılova güvənərək davam etdirir. Dəfələrlə onun işə biganə yanaşması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanova müraciətlər edilsədə heç bir nəticə olmur. Çünki Mehman İsmayılovun nazirə güc nümayiş etdirməsinə görə hamı ondan ehtiyat edir.
KORRUPSİYA.AZ