HAKİMİYYET.AZ-ın redaksiyasına Sabirabaddan şikayət məktubu daxil olub.Həmin məktubun mətnini   nəzərinizə çatdırırıq:

Bu şəxs Ağayev Azər Mirələm oğludur. Rayonda hamı onu AXCP-nın ən radikal tərəfdarı kimi tanıyır. Bütün seçkilərdə Əli Kərimlinin müşahidəçisi kimi min bir hoqqabazlıqdan çıxıb. 63 saylı dairənin 6 saylı seşki məntəqəsində YAP-çılara əl belə qaldırıb. 2013-cü ilin prezident seçkilərində Cəmil Həsənlinin müşahidəçisi kimi Mikayıl Müşfiq adına məktəbdə yerləşən seçki məntəqəsindən seçki qutusunu götürüb qaçmağa belə cəhd göstərib. Seşki qabağı Cəmiul Həsənli və Əli Kərimlinin Sabirabadda keçirdikləri mintinqdə iqtidar və onun başçısı əleyhinə ən bərkdən bağıranlardan birincisi olub. 2015-ci ildə parlament seçkisində isə Pənah Hüseynin katibi olaraq YAP-çılarla yaxatutduya çıxıb. Yas yerlərində belə Əli Kərimlinin adı gələndə ayağa qalxan belə bir yaramaz adama bir neçə gün əvvəl vəzifə verilib. 8 saylı şəhər tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini təyin olunub. Bu onun ikinci dəfə vəzifəyəyə gətirilməsidı. Hələ ötən ilin axırlarında ona Səməd Vurğun adına şəhər orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi verilmişdi. Ancaq işsiz YAP-çılar ölkə rəhbərinə müraciət etdikdən sonra onu həmin işdən uzaqlaşdırdılar. İndi isə aranın sakitləşdiyini görən qaynatası Elxan Əsədov yenidən yeznəsinə vəzifə verdirib.

Elxan Əsədov özü kimdır? Sabirabadda uşaqdan böyüyədək kimdən soruşsanız, deyərlər o dövlətə düşmən adamdır. Ən qatı müxalifətçi kimi iqtidarın əleyhinə təbliğat aparanlardan birincilərdəndir. O ötən ilin yanvarında Sabirabadın təhsil üzrə 12 saylı regional (Sabirabad, Saatlı, İmişli, Beyləqan) maliyyə mərkəzinin müdiri gətirilib. Özü də 65 yaşlıları yola salmaq əvəzinə bunu 65 yaşı olmasına baxmayaraq bəh-bəhlə vəzifəyə qoyublar.

O BHC691766 nömrəli saxta ali təhsil diplomu da ələ keçirib, guya qiyabi yolla Rusiya Humanitar İnistitunun Bakı Filialında təhsil alıb. Fəaliyyət göstərməyə binası belə olmayıb Təhsil nazirliyi də belə bir məktəbin qeydiyyatda olmadığını rəsmi olaraq bildirib. Bir maraqlanan yoxdur ki, bu şəxs nə vaxt bu qondarma məktəbdə oxudu? Nə vaxt sessiyalara getdi? Bu barədə bircə sənəd belə ortalığa qoya bilmirlər. Texnikom təhsilli bu adam necə deyərlər gözlərini açandan vəzifələrdə işləyib. Təkcə 20 ildən çox rayon Mədəniyyət şöbəsində baş mühasib olub. Dəfələrlə ona ” vəzifə daşıyırsan YAP-a keç” desələr də vecinə almayıb.

Ötən il bu şəxs Sabirabadın başçısı Nazim İsmayılova deyilənə görə 100 min verərək mərkəz müdiri təyin olunub. Bu tam inandırıcıdı. Ona görə ki, əyər ortada küllü miqdarda rüşvət olmasaydı təqaüdə göndərilmək əvəzinnə 65 yaşlı bir şəxs, üstəlik saxta diplomla bu böyük vəzifəyə gətirilməzdi. Bu azmış kimi Nazim İsmayılov ondan aldığı pulun müqabiliundə Elxanın qızını da direktor edəcəyini boynuna götürübmüş. Başçının tapşırığıyla Təhsil şöbəsi müdirini əvəz edən Azər Quliyev Könül Əsədovanı direktor qoymaq üçün əvvəl Nizami Gəncəvi adına orta məktəbə yarım ştatla “zavuç ” təyin etdirdi. Beş aydan sonra isə onu direktor qoydular. Bu məktəbdə təhsil alan uşaqların valideynləri bildirirlər ki məktəb dəlinin əlində əsir olub. Onun psixoloji problemləri var, ağır nevrozdan əziyyət çəkir.

Bu gün camaat təəccüb içərisindədir. Necə olur ki, müxalifətçilər ailəsi vəzifəyə gətirilir? Saxta diplomlu, yaşı 65-i keçmiş birisi,  onun qızı və qatı müxalifətçi yeznəsi Azər Ağayev Yeni Azərbaycan Partiyasında can qoyanlara yandı-yandı verirlər.

Elxan Əsədov bu yaxınlarda müxalifətçiliyini gizlətmək üçün 65 yaşında YAP-a üzv olub. Qızı Könüllə eyni gündə YAP-çı olublar. Könülün ərini, əsgəri xidmətdə olmayan, Əli Kərimlinin Sabirabaddakı dayağı, orta təhsilli Azər Ağayevi isə direktor müavini qoyublar.
Əhsən sizə Əli Kərimli və onun komandası.!

HAKİMİYYET.AZ OLARAQ QARŞI TƏRƏFİNDƏ FİKRİNİ DƏRC ETMƏYƏ HAZIRIQ…

KORRUPSİYA.AZ

Paylaş