Hərraclarda və eləcə də Mərkəzi Bankın rəsmi məzənnələrində manat dollara nisbətən dəyər qazansa da valyuta bazarında ABŞ pulunun bahalaşması müşahidə edilir
Son 10 gündə rəsmi məzənnədə hər 100 dollarda 40 qəpik bahalaşan milli valyutamız bu müddətdə vayuta bazarında 3 manatdan çox ucuzlaşıb.
Bu gün banklarda dolların alış kursu 1.70-ə yaxınlaşıb. Bazardan baha qiymətə dollar alan banklar hərracda da daha yüksək məzənnə ilə sifariş irəli sürməlidirlər. Aydındır ki, dolların bahalaşması xarici valyutalara tələbin artması ilə bağlıdır.
Əslində manatın güclənməsi üçün iqtisadi bir səbəb yoxdur, bu daha çox Mərkəzi Bankın atdığı inzibati metodların göstərcisidir.
Düzdür ki, birinci devalsiyadan sonra ölkədə güclü dollarlaşma oldu və devalvasiya baş verdi. Məlum olduğu kimi, Azərbaycanda manata təzyiq göstərən əsas 2 amil var: Neftin qiyməti və kapital axını.
Həmin dövrdə neft ucuz oldu, güclü kapital axını baş verdi. Bu da təbii ki, manatı təzyiq altında saxlayırdı. İndi kapital axını müəyyən qədər səngiyib, neftin qiymətində sabitlik var. Bu səbəbdən Mərkəzi Bank da bir tərəfdən manat kütləsini sıxıb.
Manatın məzənnəsi ətrafındakı söhbətlər öz aktuallığını bu günə qədər saxlasa da əslində onun bu ilin sonuna qədər kəskin dəyişəcəyi gözlənilən deyil.
Bəzi mütəxəsisslərin milli valyutanın məzənnəsində ehtimal etdikləri kəskin məzənnə dəyişikliyi gözləntiləri, ilk növbədə neft gəlirlərinin kəskin azaldığı bir şəraitdə, ölkə iqtisadiyyatının real sektorundan ixracın həcminin aşağı olması ilə izah olunur.
Bəli, bu gün real sektordan ixracın həcmi kifayət qədər deyil. Lakin son 5-6 il ərzində ayrı-ayrı sahələrdə daxili istehsalın artması hesabına bir çox məhsulların idxalının azalması amilini də nəzərdən qaçırmaq olmaz.
Başqa bir məsələ isə neft amili ilə bağlıdır. Bəli iqtisadiyyatımız hələ ki, neftdən asılılığını istədiyimiz səviyyəyə çatdıra bilməmişik.
Bu səbəbdən də manatın məzənnəsinin taleyi eyni zamanda bundan sonra dünya bazarlarında neftin qiymətlərinin necə dəyişəcəyindən də asılı olacaqdır. Burada isə hələki pozitiv nəticələr görünməkdədir.ulus.az