“Avrasiya tikinti korporasiyası EVRACON” ASC beşinci aydır, işçilərə əmək haqqı vermir

Səbəb vəsaitin olmamasıdır, deyə şirkətin Müşahidə Şurasının üzvü Namik Kərimli bildirib.

“Maaşlar gecikmə ilə verilir. Bu, Azərbaycandakı və xaricdəki layihələrə aiddir”, deyə EVRACON təmsilçisi qeyd edib.

KİV-də yayılan məlumata görə, Ələt-Astara yolunun tikintisi layihəsində iştirak edən işçilər maaşların verilməməsi ilə bağlı xəbərdarlıq tətili keçirib. N.Kərimli deyib ki, bu barədə məlumatı yoxdur.

EVRACON ASC-də 3 minə qədər işçi çalışır. Mühəndis-texniki tərkib nəzərə alınmadan orta aylıq maaş 700 manata yaxındır.

Ölkənin necə ağır vəziyyətə salındığını təsəvvür etmək çətin deyil. Hətta iri məmurlara məxsus şirkətlərin də ilfasa uğraması, ölkədə vəziyyətin nə qədər ağır olduğunu çılpaqlığı ilə göstərir.

Digər tərəfdən, tender və birbaşa müqavilələrlə podrat tikinti layihələrini icra edən “EVRASCON” ASC bank kreditlərinə üz tutmalı olur.

İl ərzində Azərbaycan Beynəlxalq və “Yapı Kredi-Azərbaycan” banklarından illik 9-16 faizlə toplam 73,2 milyon manat məbləğində kredit götürülüb.

Qurum, hesablanmış faizlər də daxil, öz qazancının 58 milyon 685,2 min manatını kreditlərin bağlanmasına yönəltməyə məcbur qalıb.

şirkətin Baş nazirin müavini Abid Şərifova məxsus olması haqda mətbuatda kifayət qədər yazılıb.

“EVRASCON” ASC Qusar, Qudyalçay və Qax çaylarında sahilbərkitmə, Bakı Beynəlxalq Avtovağzalında sürüşmə nəticələrinin aradan qaldırılması işləri, Salyan və Pirallahıda körpülərin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Xızı rayonunda suvarma sisteminin, “Əcəmi-2″ və ”D-4″ metro stansiyalarının və s.-in tikintisi üzrə 207,5 milyon manat gəlir əldə edib.

Şirkətin istehsal sahələrində 2,3 milyon manat dəyərində dəmiryol şpalları və metal konstruksiyaları da hazırlanaraq satılıb.

Sadalanan işlərin görülməsinə 195 milyon manat xərcləndiyi deyilir. Müstəqil jurnalist araşdırmasından məlumÿolub ki, “EVRASCON” ASC üzərində baş nazirin müavini Abid Şərifovun önəmli təsiri var.

O, həyat yoldaşı Sədayə Yaqub qızı vasitəsilə Azərbaycan və bir neçə MDB ölkəsində filial və törəmə şirkətlərə sahib bu korporasiya səhmlərinin 12,15 faizinə nəzarət edir.

Abid Şərifov bütün tikintilərə nəzarət edən, böyük sahələri kurasiya edən, geniş təcrübəyə malik şəxsdir və söz sahiblərindən biridir.

Amma böyük şirkətlərə sahib olan, tenderlərdə şirkətlərini qalib edən, biznes fəaliyyətində heç bir əngəllə qarşılaşmayan, maliyyə problemi olmayan və nəhayət baş nazirin müavini postunu tutan adamın da şirkəti iflasa doğru gedir, şirkət 5000 işçisini ixtisar etmək məcburiyyətində qalır.

Əgər Abid Şərifov ölkənin ən böyük şirkətlərindən birini qoruyub saxlamaqda çətinlik çəkirsə, xırda sahibkarların hansı vəziyyətdə olduğunu, ölkədəki biznes mühitinin çökdüyünü təsəvvür etmək çətin deyil. ULUS.AZ

Paylaş