Mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar. Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır. Faktla bağlı araşdırma aparılır. (APA )
Yayılan məlumatda faciənin baş verdiyi otelin adı göstərilmir. Biz məsələyə aydınlıq gətirmək üçün Səbail Polis idarəsi ilə əlaqə saxlasaq da polis sualımıza cavab verməkdən imtina etdi.
Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Qafqaz Xəbər Agentliyinə bildirdi ki, yəqin ki, otel hansısa nüfuzlu şəxsə məxsusdur: “ Otel mütləq texniki təhlükəsizliklə təchiz olunmalıdır. Əgər fəhlə 7-ci mərtəbədən yıxılıb ölürsə, deməli texniki təhlükəsizlik lazımi səviyyədə olmayıb”.
Hadisə ilə bağlı əmək hüquqları üzrə ixtisaslaşmış hüquqşünas Azər Quliyev isə Qafqaz Xəbər Ageentliyinə bildirib ki, əlbəttə otelin sahibi istəmir ki, ictimaiyyət baş verən faciə barədə məlumatlı olsun, yəni otelin adı hallandırılsın: “ Amma polis bu barədə mütləq məlumat verməli idi”.
R.Həsənoğlu
Kavkaznews.az