Bakıda avtobusdan yıxılaraq xəsarət alan şəxs xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən HAKİMİYYET.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi “Daevoo” markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.
Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb.
HAKİMİYYET.AZ
Paylaş