Məmurlarırın əksəriyyətinin vəzifə səlahiyyətlərində istifadə edib böyük varidat və biznesə sahib olması artıq adi bir hala çevrilib. Belə bir məmurlardan da biri Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın və proqnozlaşdırma şöbəsinin müdiri Ağamustafa Vahidovdur.
Etibarlı mənbələrdən AzToday.az-a daxil olan məlumata görə, icra başçısının müavini Ağamustafa Vahidov hazırda Saatlı və Sabirabad rayonları arasında 300 hektardan çox dövlət torpağını alaraq, orada böyük mal qara təsərrüfatı yaradır. Məlumatda qeyd edilir ki, başçı müavini burada həmdə böyük balıq vətəgəsi inşa edib. Dövlət başçısı qanunsuz balıq balıq vətəgəsi yaradan məmurlara xəbərdarlıq etməsinə baxmayaraq Ağamustafa Vahidov bu xəbərdarlığı qulaqardına vurub.
Saytımız məlumatlandıran şəxsin iddiasına görə, yüzlərlə mal-qara və qoyun sürüsü saxlayan Ağamustafa Vahidov gördüyü bu işləri Şamaxı rayon icra başçısı Asif Ağayevin adı ilə görür. Belə ki, icra başçısının müavini yaratdığı vətəgəni və mal qoyun fermasının da Asif Ağayevə məxsus olduğunu deyir. Məkumatda iddia olunur ki, basçı müavini yaxın ətrafına zarafatla “mənim bu qədər var -dövlətim olsaydı nə dərdim olardı, gedib balıq tutardım” deyir.
Başqa bir məlumatda vurğulanır ki, Şamaxı icra hakimiyyətində Asif Ağayevin əsas yaxın adamı kimi tanına Ağamustafa Vahidov rayonda görülən tender işlərinin böyük bir hissəsinə nəzarət edir. Hətta bu işləri görən kiçik müəsissələrin bir hissəsinin belə Ağamustafa Vahidovun yaxınlarına məxsus olduğu məlumatda iddia olunur.
Ağamustafa Vahidovun geniş binnes sahəsi ilə bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqdayıq.
Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

Paylaş