Ölkə başçısının fərmanı ilə Göyçayda əhalinin məşğulluğunu təmin etmək məqsədilə Mənzil İstismar Sahəsinə ayrılmış 1 200 000 (bir milyon iki yüz min) manat pul artıq məmurların ac vaxtında aranı ciddi şəkildə qarışdırıb.

Ulus.Az sosial şəbəkələrə istinadla xəbər verir ki, icra başçısı Mehdi Səlimzadənin tapşırığı ilə ona yaxın olan Arzu Abdullayev tərəfindən “Şıxlı” MMC yaradılıb.

Həmin cəmiyyət guya ki, MİS-nin balansında olan evlərin fasad və üst örtüyünün təmiri, eyni zamanda 180 nəfərin işlə təmin edilməsini icra etməliymiş.

Mənzil İstismar sahəsi ilə bağlanmış podrat müqaviləsinə görə evlərin üst örtüyü sökülməli, fasad isə qaşınaraq yenidən aqlay örtük və ya su keçirməyən materiallardan istifadə edilməklə əsaslı şəkldə təmir etdirilməli idi.

Amma talama məqsədi ilə icra başçısı tərəfindən bu işə formal təyin edilmiş Mirhüseyn Məmmədov (kəndlərdəki əkin sahələrinin suvarma borularını satıb talayan şəxs) “Şıxlı” MMC-nin rəhbəri Arzu Abdullayevi əldə olunan vəsaitin 50%-ni nəğdləşdirərək ona verilməsinə məcbur edib.

Bu səbəbdən həmin cəmiyyətdə işə götürülmüş 180 nəfər adı keçən işçi olmasına baxmayaraq orada faktiki olaraq 60-70 nəfər işə çıxır. Yerdə qalan işçilərin əmək haqları isə veriləcək rüşvət üçün kartlardan çıxarılaraq özlərində saxlanılr.

Əgər görülən işlərlə bağlı komissiya təşkil edilərsə məlum olar ki, evlərin təmirinə ayrılmış pulun heç 10%-i belə xərclənməyib. Nə dam örtüklərinin taxtaları dəyişir, nə dam örtükləri yenilənir, nə fasad üçün təhükəsiz və davamlı materiallar alınır.

Ulus.Az sosial şəbəkələrə istinadla xəbər verir ki, yalançı kosmetik boya ilə bir neçə evi bəzəyərək ölkə başçısını aldatmağa yönəlmiş işlər görürlər.

Göyçay RİH nəzdində olan Sanitar Təmizlik İdarəsinin isə 56 nəfər işçisi var. Həmin işçilərin hər birnə ayrılmış 121 manat məbləğdə pul bütünlüklə icra hakimiyyətinə verilir.

İşçilərin əmək haqqı isə əhalidən zibil pulu olaraq artıq toplanan pullardan ödənilir. Etibarlı mənbənin sözlərinə görə həmin 56 nəfər süpürgəçiyə məxsus əmək haqqı kartları icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu, həm də sürücüsü olan Toğrulun avtomobilində saxlanılır.

Mənzil İstismar Sahəsində tutduğu vəzifədən azad edilərək Göyçay RİH-nin şəhər üzrə Ərazi İnzibati Nümayəndələyinə yeni təyin olunmuş müdir Ayaz Səfərəliyev yeni işi ilə yanaşı eyni zamanda köhnə müdiri olduğu yeri də öz kurasiyasında saxlayırmış.

Həmin yerə ayrılmış 1 200 000 manat pulun 70%-i icra başçısı tərəfindən ondan tələb olunub. O isə buna etiraz edərək 30% faiz məbləğlə nə əmək haqlarını, nə də ki, təmir işlərinə çəkiləcək xərcləri ödəyə bilməyəcəyini bildirib.

Bu səbəbdən icra başçısı prezident administrasiyasına “qruplaşma” adı altında məruzə edərək razılıq almış, eyni vaxtda həm onu, həm də onun müavini Abdulla Həşimovu tutduğu vəzifədən kənarlaşdırmağa nail olmuşdur.

Həmin vaxt A. Həşimov məzuniyyətdə olmasına baxmayaraq onun qanunsuz olaraq işdən çıxarmaqla yerinə Elçin Kərimovu təyin edilib.

Şəhər Ərazi İnzibati Nümayəndəliyinə isə adı daima qanunsuz işlərdə hallanan Rəşad Şükürov təyin edilmişdr. Buradan sual yaranır: Məgər Prezident öz qohumunu bu vəzifəyə onu aldatmaq üçünmü təyin etmişdir?

Heç ola bilərmi ki, ölkə başçısı onlara göstəriş versin ki, “yeni iş yerləri açıldı deyin”, sonra da fəhlə və xadimələr üçün ödəniməli olan əmək haqlarını alıb qoyun cibinizə? Təbii ki, bu inandırıcı deyil.

Qarşı tərəfi dinləməyə hazırıq.

Paylaş