Prezident Administrasiyasında struktur dəyişikliyi və prezidentin köməkçisi institutunun yaradılması islahatların davamını şərtləndirib
Bu postlara yeni təyinatların ardınca vitse-prezident institutunun strukturunun formalaşdırılmasına başlanılacaq.

Əldə etdiyimiz bilgilərə görə, artıq vitse-prezident institutu aparatının strukturunun formalaşdırılması ilə bağlı bütün təşkilatı işlər görülüb. Yaxın günlərdə isə vitse-prezidentlərin təyinatı reallaşacaq.

Bilgilərə görə, iki nəfər vitse-prezident postuna təyinat alacaq. Ümumilikdə üç vitse-prezidentin olacağı gözlənilir.

Adlar bəlli olsa da, bu məsələ ölkə başçısının kompetensiyasına aid olduğundan, bu barədə əvvəlcədən hər hansı məlumat vermək subardinasiya və etik baxımdan düzgün deyil.

Artıq iyunun 1-də qeyd olunan islahatlara start verilib və ilk olaraq bu islahatlara Prezident Administrasiyasında başlanılıb. İslahatların bundan sonra daha da intensiv xarakter alacağı gözlənilir.

İdarəetmənin təşkilatı strukturunun təkmilləşdirilməsinə yönəlik bu islahatlar Prezident Administrasiyasında həyata keçirilən sözügedən struktur dəyişiklikləri ilə məhdudlaşmayacaq.

Böyük ehtimalla Nazirlər Kabinetini, eləcə də bu və ya digər formada başqa strukturları, bütünlükdə dövlət idarəetmə sistemini də əhatə edəcək.

Qeyd edək ki, indi hakimiyyət birqütblü deyil və müxtəlif qruplaşmalar, merkantil maraqları olan klanlar var. Onların hamısının istəkləri təmin olunmalıdır.

Bu arzular təbii ki, iqtidardakı mövqeləri möhkəmləndirmək və vitse-prezident postuna hər klandan bir namizədi yerləşdirməkdən ibarətdir.

Yeni vitse-prezidentlərin dövlət başçısının islahatlar siyasətində enerjili olan məmurlar olacağı deyilir.

Vitse-prezidentlərin təyinatı yubansa da, payıza və 2018-ə qalacağı deyilirdi. Lakin görünür ki, proses sürətlənib.

Bundna başqa, nazirlik, dövlət komitələri, idarə, xidmət digər dövlət orqanlarının əsasnamələrinin və digər müvafiq sənədlərinin təhlili və reallıqları nəzərə alınıb.

Bir-birini təkrarlayan strukturun aradan qaldırılması, lazımsız dövlət qurumlarının birləşdirilməsi və ya ləğv olunması, əsaslandırılmış ixtisarların həyata keçirilməsi və sair istiqamətlərdə elmi və praktiki cəhətdən özünü doğruldan addımlar atıla bilər.

Sözügedən islahatlar ölkədə idarəetmə sistemində şişirdilmiş aparat probleminin aradan qaldırılmasına, dövlət idarəetmə və tənzimləmə sisteminin əsaslı surətdə modernləşdirilməsinə gətirib çıxaracaq.

Dünyada gedən proseslərə operativ reaksiya verən və operativ qərarlar qəbul edən “çevik və kiçik hökumət”modelinə keçilməsinə, bu əsasda idarəetmənin çevikliyinin artırılması və səmərəliliyinin yüksəldilməsinə ehtiyac var.

İqtisadiyyatın çevik tənzimlənməsi sahəsindəki qeyri-müəyyənliyin və hadisələrin arxasınca sürünməsi hallarının aradan qaldırılması, koordinasiya işinin səmərəliliyinin artırılmasına və məlum problem və çatışmazlıqların aradan qaldırılmasının sürətləndirilməsinə xidmət edəcək.

İddialara görə, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev vitse-prezident təyin oluna bilər.ulus.az

Paylaş