Dünyada mürəkkəb proseslərin baş verdiyi şəraitdə ölkəmizdə iqtisadi sahədə müsbət nəticələr əldə olunur. Bu da həyata keçirilən düzgün siyasətin nəticəsidir

 Azərbaycandan qat-qat böyük dövlətlər var ki, onlarda da devalvasiya, eləcə də ÜDM-in aşağı düşməsi halları baş verir. Dünyada cərəyan edən hadisələr təbii ki, Azərbaycana da müəyyən mənada təsir edir.

O baxımdan Prezident Administrasiyasında struktur dəyişikliklərinin aparılması Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən çoxşaxəli reformaların çevik və optimal şəkildə reallaşdırılmasına xidmət edir.

Azərbaycan qlobal transformasiya dövrünü yaşayan dünyanın əhəmiyyətli bir parçasıdır. Məhz, geosiyasi və geoiqtisadi proseslər kontekstindən baxdıqda, Azərbaycan kimi milli dövlətlər dünyadakı proses və çağırışlara adekvat cavab verməsi, maraqlarını və inkişafını təmin etməsi üçün ardıcıl təkmilləşmələrə ehtiyac duyur.

Son dövrlərdə Azərbaycanda bir çox mühüm islahatlar, o cümlədən institusional islahatlar davam etdirilir.

Dövlətimizin başçısının siyasi iradəsi ilə aparılan bu islahatların əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir.

Prezident Administrasiyasının strukturunda aparılan islahatlar da Prezident İlham Əliyevə daha effektiv və çevik xidmət etməyə imkan verən idarəetmə aparatının formalaşdırılmasına yönəlib.

Məmur özbaşınalığı, korrupsiya halları, süründürməçilik, vətəndaşların incidilməsi halları getdikcə azalır.

Bu dəyişikliklərə bürokratiya, vətəndaşlara qarşı haqsızlıq və .s neqativlərin kökünü kəsməyə yönəlik siyasətdir.

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin funksiyalarına iqtisadi siyasət və sənaye məsələlərinin də əlavə edilməsi iqtisadi islahatların əhatə dairəsinin genişlənməsinə və Strateji Yol Xəritəsinin icrası üçün daha əlverişli şəraitin formalaşmasına zəmin yaradır.

Mövcud dəyişikliklər, həmçinin iqtisadi siyasətlə iqtisadi islahatların daha səmərəli sinerjisinin təmin olunmasına, iqtisadi islahatların bütün iqtisadi siyasət arsenalını əhatə etməsinə gətirib çıxaracaq.

Beləliklə, bu dəyişiklik iqtisadi siyasət kontekstində iqtisadi islahatların yeni nəfəs qazanmasına xidmət edəcək.

Ölkədəki bütün proseslərə məhz bu qurum tərəfindən həm nəzarət edilir, həm də yön verilir. O baxımdan zaman keçdikcə Administrasiyanın işinin təkmilləşdirilməsi zərurəti ortaya çıxır.

Həm də nəzərə almaq lazımdır ki, artıq Azərbaycanda 1-ci vitse-prezident və iki vitse-prezident vəzifəsi təsis edilib ki, onların da işinin qurulması yeni yanaşma tələb edir. Bu baxımdan prezidentin dünən Administrasiyanın strukturu ilə bağlı elan etdiyi mövqe tam yerinə düşür. ulus.az

Paylaş