Bərdədə Zaur Bəylərov qruplaşması ilə yanaşı Şadlinski şəbəkəsi də “meydan sulayır”. Rayon bu iki klanın əlində əsir-yesir qalıb

Bərdə Gigiyenika və Epidemologiya Mərkəzinin direktoru Fəxrəddin Şadlinskaya və qohum-əqrəbası Bərdədə vəzifələri bölüşdürüblər.

Bu yaxınlarda onun oğlu Toğrul Şadlinski öz toyunda atası tərəfindən vəzifə ilə mükafatlandırılıb.

Mərkəzin direktoru oğluna toy günü Bərdənin baş memarı postunu hədiyyə edib. T.Şadlinski hazırda Bərdənin baş memarı vəzifəsini icra etməyə başlayıb.

F.Şadlinskinin qardaşının həyat yoldaşı Fəqət Şadlinskaya YAP-ın yerli təşkilatının sədridir.

Daha bir qohumu – Şadlinski Bilman Bərdə Məşğulluq Mərkəzinin direktorudur. Beləcə, Şadlinsklər Bərdədə bir çox vəzifələri zəbt ediblər.

Bu klanın “xaç atası” olan Fəxrəddin Şadlinski Bərdə Gigiyenika və Epidemologiya Mərkəzində mənimlərə nəzarət edir.

Onun diqqətindən kənarda heç bir özbaşınalıq ola bilməz. Çünki özü şəxsən bu prosesi idarə etməkdə suçlanır.

Deyilənə görə, ahıl yaşında belə vəzifəsindən getməyən Şadlinskinin maxinasiyaları baş mühasib Qiymət xanımın hesabına həyata keçirilir. İddialara görə, baş mühasibdə 25-30 “ölü can”ların maaş karıt var.

Məsələn, Hicran xanım, Ulduz Hüseynova və s. işçilərin əmək haqqını baş mühasib müxtəlif vaxtlarda bankomatlardan çıxarır.

Sonuncu dəfə 306 manat bankomatdan götürüb. Bildirilir ki, Şadlinski ümumiyyətlə, bazarlara nəzarəti əldən verib. Yalnız yığılan pullara diqqət yetirməklə kifayətlənir.

Onun yanına şikayətə gələn vətəndaşlar isə cavabsız şəkildə geri qaytarılır. Çünki iş yerində olmayan GEM direktoru nə vətəndaşları qəbul etmək fikrindədir, nə də o halda olur.

Bildirirlər ki, son dövrlər bazarlara ayaq açmış mənşəyi məlum olmayan məhsullardan dolayı uşaqlarına və özlərinə yemək üçün nələr hazırlayacaqlarını bilmirlər.ulus.az

Paylaş