Azərbaycan Rəssamlar İttifaqı hər zaman dövlət qayğısı görən bir qrum olub və bu gün də rəssamların cəmləşdiyi bu təşkilat yetərincə himayə olunur. Amma 10may.az saytına maraqlı fakt daxil olub. Bildirilir ki, hər il Rəssamlar İttifaqına az sayda olsa da mənzillər verilir. Bu mənzillər isə rəssamlar arasında bölüşdürülməlidir. Amma bu günə qədər ittifaq xəttiylə heç bir rəssam mənzil ala bilməyib. Bundan başqa hündürmərtəbəli binaların ən üst qatında da rəssamlar üçün emalatxanalar ayrılıb. Amma ittifaq xəttiylə heç bir rəssam bu emalatxanaya sahib ola bilməyib. Beləcə maraqlı sual ortaya çıxır, ayrılan mənzilləri kimlər və hansı yolla özünküləşdirə bilib?. Gün ərzində ittifaqla əlaqə saxlamaq cəhdimiz baş tutmadı.

Paylaş