Bakı Slavyan Universiteti ilə Azərbaycan Dillər Universitetinin bilrəşdirilməsi tam məntiqli bir qərar olardı

Bu universitetlərin birləşdirilməsi fonunda böyük bir universitetin yaradılması isə Azərbaycan təhsil sistemində əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracaq. Çünki böyük universitetlərin imkanları da böyük olur.

Xüsusilə də mahiyyətcə bir-birinə yaxın olan bu iki universitetin vahid sistem halında inkişafına ehtiyac var.

Nəzərə alsaq ki, Kamal Abdulla BSU-nun qurulması və inkişafının əsas simasıdır və bu universiteti çox yaxşı tanıyır, onda bu birləşmənin çox uğurla gedəcəyini də indidən təxmin etmək mümkündür.

Prezident İlham Əliyev AMEA-nın həqiqi üzvü Kamal Abdullayevin Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Deputat Asim Mollazadə də bu iki universitetin birləşməsi ideyasını dəstəkləyir. Son günlər sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin (BSU) ləğv edilərək Dövlət Dillər Universitetinə (DDU) birləşdirilməsi barədə məlumatlar yayılır.

Bu informasiya ali təhsil müəssilərinin kollektivlərində də geniş əks-səda doğurub. Əvvəllər də bu iki universitet bir yerdə fəaliyyət göstərirdi və bunun mənfi fəsadları müşahidə edilməmişdi.

hsil müəssisələrinin birləşdirilməsi məsələsini təhsil naziri Mikayıl Cabbarov da çıxışlarında istisna etməyib.

İmkanların bir yerə toplanması, vahid strategiya ilə eyni istiqamətə yönəldilməsi baxımından bu birləşmə xeyirli olacaq.

Əvvəla, iki universitetin birləşdirilməsi ölkə başçısı və nazirlik səviyyəsində olan məsələdir. Düzdür, Sovet dövründə təhsilin idarə edilməsində sistem tamam başqa cür qurulmuşdu.

Bəlkə də zamanla bəzi universitetlərin ayrı-ayrı fəaliyyət göstərməsinə ehtiyac olduğundan bu universitetlər də parçalandı. İndi isə bu universitetlərin birləşdirilməsindən danışarkən, öncə, konseptual baxımından fəlsəfəsinə baxmaq lazımdır.

Böyük universitetlərin faydalı tərəfləri çoxdur. O baxımdan ki, iqtisadi səmərəliliyi yaxşıdır. Eyni zamanda, bakalavr, magistr pilləsində təhsil vermək olur. Magistr pilləsində bəzən elə olur ki, professor 5-10 magistr tələbəyə dərs keçir.

Bu, qüsurlu haldır. Əgər professor həqiqətən də elmi dərəcəsi yüksək səviyyədə olan professordursa, onun dediyi sözü 10 nəfər yox, 50 nəfər eşitsə yaxşıdır.

Bu, baxımdan biliyin ötürülməsi səmərəliliyi artır. Biliyin səmərəliliyi artdığına görə hətta, xaricdən çox dəyərli alimləri dəvət edib onları auditoriya qarşısına çıxarmaq olar.

Böyük universitetlərin üstünlüyü çoxdur. Dünyada elə universitetlər var ki 20.000, 50.000 tələbəsi var. Bunun da hərtərəfli üstünlükləri

Paylaş