Sosial mediada yayılan bu məzəli foto istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb
Fotomontajla hazırlanmış kitab cildində “Ağdamlı kimi düşün və varlan” yazılıb. Hansı ki, bu tip kitablar adətən dünya üzrə tanınmış biznesmenlərin, fikir adamlarının adına hazırlanır. Məsələn: “Stiv Cobs kimi düşün”. Hazırlanmış “caps”də qeyd olunan digər ifadələr da yetərincə diqqət çəkir: “Əə, qaqa, maa da bir şey qalmalıdır, ya yox?”, “Bir qaqanın dilindən möhtəşəm uğur sirləri” və s. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti bu fotonu zarafat kimi qəbul edib gülsədə, paylaşımlara sərt şərhlər yazanlar da az deyil. (Azermedia.Az)