İcra başçısının müavini və Bakıdakı FETÖ şəbəkəsi haqqında sensasiyon iddialar Nərimanov İcra Hakimiyyəti başçısının birinci müavin Şahmar İbadovu Azərbaycandakı Gülənçi şəbəkəinin əsas güc mərkəzlərindən biridir?
Fətulla Gülənə bağlı olan və uğursuz 15 iyul hərbi çevrilişindən sonra Türkiyədə terror qruplaşması elan olunan FETÖ-nün Azərbaycandakı şəbəkəsinin gücü olduğundan çox böyükdür. Bu barədə saytımızı məlumlandıran mənbə bildirib ki, Ahərbaycandakı FETÖ şəbəkəsi miqyasına və siyasi-iqtisadi gücünə görə Türkiyədəki şəbəkədən heç də geri qalmır. 25 il ərzində Azərbaycanda bir çox siyasi qurumlarda yerləşən Gülən şəbəkəsinin istənilən halda Azərbaycan dövlətçiliyinə və prezidentin daxili və xarici siyasətinə ziyan vurmaq imkanları var. Hələlik bu imkanların səfərbər olunmadığını qeyd edən mənbə bildirib ki, FETÖ şəbəkəsi Azərbaycanda öz gücünü tam olaraq qoruyur və istənilən halda ABŞ-dan verilən təlimata əsasən aktivləşə bilər.
Qeyd edək ki, bir çox Türkiyə rəsmiləri də uğursuz 15 iyul hərbi çevrilişindən sonra verdikləri açıqlamalarda Gülən şəbəkəsinin ən Türkiyədən sonra Azərbaycan ən çox güclü olduğunu vurğulayıblar. Türkiyə rəsmilərinin son açıqlamasında isə bildirilir ki, FETÖ-nün Azərbaycan şəbəkəsi öz gücünü qorumaqla yanaşı, bu ölkədə hər zaman dövlət çevrişinə cəhd etmək gücünə sahibdir.
Reportyor.org Siam.az-a istinadən bildirir ki, Azərbaycanda ancaq üzdə olan və çoxdan Gülən şəbəkəsi ilə əlaqədə şübhəli bilinən Ceyhun Osmanlı, Elnur Aslanov, Fərhad Məmmədov, İxtiyar Hüseynli, İntiqam Babayev və bəzi başqa şəxslər hədəfə gətirilir. Əslində bu da Gülən şəbəkəsinin işinə yarayır. Ceyhun Osmanlının son müsahibəsinə diqqət çəkən mənbə qeyd edir ki, elə Ceyhun Osmanlıya da verilən təlimat bundan ibarətdir ki, bütün oxları öz üzərinə çəksin. Bu yola Gülənçilərin əsil şəbəkəsini gizləməyə çalışırlar. Yəni üzdə olan və Gülənə bağlılıqları şübhə doğurmayan şəxslər diqqəti öz üzərinə çəkməklə, Gülənin əsil gücünü gizli saxlamağa çalışırlar və hazırda üzdə olan Gülənçilərə verilən təlimat da bundan ibarətdir. Ola bilsin ki, yaxın günlərdə Elnur Aslanov, ya da Elşad İsgəndərov da danışaraq gündəmi öz üzərinə çəksinlər, deyə mənbə vurğulayıb.
Qeyd edək ki, Gülən şəbəkəsinə qarşı artıq neçə illdərdir ki, ifşaedici məlumatlarla çıxış edən və Azərbaycandakı Gülən şəbəkəsi ilə bağlı məlumatlı şəxslərdən biri olan Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər bu şəbəkə haqqında yazdığı kitabında göstərir ki, Azərbaycanda 156 strateji obyektdə, (istər nazirlik olsun, istər departament, istər şirkət, ali məktəb, KİV və RT mərkəzləri… dəxli yoxdur. Həmçinin ayrı-ayrı Rayon İcra Hakimiyyətlərində, hüquq-mühafizə orqanlarında.) Fətullah Gülən özünün dayaq dəstələrini yarada bilib. Azərbaycan istiqamətində Fətullah Gülənin 7 İmamı var. Bu İmamlara “İcraçı İmamlar” deyilir. Bu icraçı imamların kiçik dəstələri, bank hesabları, onları yedirib-içirə biləcək şirkətləri mövcuddur. Onların Azərbaycanda öz bankları, şirkətləri, mağazaları, çörək zavodları, bazarları, alış-veriş marketləri, şirniyyat dükanları var.
Bunun üzərinə danışan mənbə qeyd edib ki, hazırda Bakıda Fətulla Gülən şəbəkəsinə aid olan böyük, orta və kiçik biznes qrupları Bakının mərkəzi rayonu hesab olunan Nərimanov rayonunda toplaşıb. Eyni zamanda bu rayonda qeyd olunan 7 imamdan 3-ü məskunlaşıb. Bəs Gülən şəbəkəsini Nərimanov rayonunda rahat şəkildə məslunlaşdıran və onlara hər cür şərait yaradan kimdir?İcra başçısının müavini və Bakıdakı FETÖ şəbəkəsi haqqında sensasiyon iddialar
Bu barədə Siam.az-a danışan mənbə bildirib ki, bu şəxs Nərimanov İcra Hakimiyyəti başçısının birinci müavin Şahmar İbadovdur. Mənbə qeyd edib ki, Şahmar İbadov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nərimanov rayonunda bir çox torpaq sahələrini və binaları ələ keçirib. Biznes üçün çox əlverişli yerlərdə olan bu əraziləri Gülən şəbəkəsinin biznes qurumlarına icarəyə verən Şahmar İbadov faktiki olaraq Gülən şəbəkəsinin bu rayonda fəaliyyətinə hamilik edir. Hazırda Şahmar İbadova aid olan bu ərazilərin 90 faizində Gülən şəbəkəsinə aid olan çoxlu sayda orta və kiçik biznes qurumları fəaliyyət göstərir. Qeyd edilir bir çox iri ranqlı məmurlar biznes üçün əlverişli olan həmin əraziləri icarəyə götürmək üçün Şahmar İbadova müraciət etsələr də, Şahmar İbadov müxtəlif bəhanələrlə bu müraciətlərə rədd cavabı verib və sonradan təklif olunan icarə qiymətindən aşağı qiymətə həmin ərazilər Gülənçi şəbəkəyə aid olan biznes qurumlarına verilib.
Mənbə qeyd edib ki, “Çağ Öğretim”in əsas mərkəzi (indiki adı: “İstək” liseyi) bu rayonda yerləşir. Gülənin Azərbaycan üzrə keçmiş “baş imamı” Ənvər Özərən uzun müddət Nəriman rayonunda yaşayıb, fəaliyyətini əsasən bu rayondan yönləndirib. Bundan başqa dövlət məmurları üçün nəzərdə tutulan “İşıq evi” də Nərimanov ərazisində – “Arçelik”in binasının arxasında yerləşib. Bütün bu imkanları isə Nərimaov rayonuda Gülən şəbəkəsi üçün Şahmar İbadov yaradıb.
Mənbə misal olaraq göstərib ki, Gülən şəbəkəsinə aid olan “Medistyle Hospital”da Nərimanov rayonunda fəaliyyət göstərir. “Medistyle Hospital”da qulaq-burun-boğaz, baş-boyn cərrahı olaraq çalşan Yusif Hacıyevə məxsus olduğu qeyd olunur. Qeyri-rəsmi olaraq Yusif Hacıyev “Medistyle Hospital”ın sahibidir. Ancaq Yusif Hacıyev təkcə “Medistyle Hospital”ın sahibi deyil.
İcra başçısının müavini və Bakıdakı FETÖ şəbəkəsi haqqında sensasiyon iddialar
Bu şəxsin Azərbaycan səhiyyəsindəki Gülənçi şəbəkənin başında durduğu vurğulanır və Gülənin Azərbaycan səhiyyəsindəki şəbəkəsinin “İcraçı İmam”ıdır. “Medistyle Hospital”ın yerləşdiyi ərazinin və eyni zamanda binanın isə Şahmar İbadova aid oluğu bildirlir. Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küç 116 ünvanıda yerşən “Medistyle Hospital” 2012-ci ildən fəaliyyət göstərir. Hospital ümumi sahəsi 4500 kvadratmetr olan 6 mərtəbəni əhatə edən binada yerləşir.
Bu klinikanı barədə danışan mənbə qeyd edib ki, bu tibb ocağına müraciət edən xəstələr, xüsusən də imkanlı xəstələr Gülənin Türkiyədəki klinikalarına yollayırlar. Sonradan həmin xəstələrin bəziləri Gülən şəbəkəsinin üzvlərinə çevriliblər. Yusif Hacıyevin özünə gəldikdə isə, bu şəxsin Azərbaycan səhiyyəsində bir çox sahələr və Səhiyyə Nazirliyndəki bir çox vəzifəli şəxslərə nüfuz etmək imkanı var. Elə bu imkanlardan yararlanan Yusif Hacıyev FETÖ terror quplaşmasına böyük pullar qazandırır.
Şahmar İbadovun Gülən şəbəkəsində önəmli biri olduğuna diqqət çəkən mənbənin sözlərinə görə Nərimanov payon İcra Hakimiyyətinin birinci müavinin Gülən şəbəkəsinə aid olan bir çox biznes adamları ilə həm Azərbaycanda, həm də xaricdə şərikli biznesləri var. Və hazırda Şahmar İbadov Gülən şəbəkəsində güc mərkəzlərindən biridir. Mənbə qeyd edib ki, Nərimanov rayonunda ikinci şəxs olmasına baxmayaraq, Şahmar İdadovun çox geniş əlaqələri var və bu əlaqələr onu faktiki olaraq Gülənin şəbəkəsinin əsas güc mərkəzlərindən birinə çevirib.
Qeyd edək ki, Şahmar İbadov artıq Türkiyə rəsmilərinin və xüsusi xidmət orqanlarının da diqqətinini cəlb edib. Bu yaxınlarda Türkiyə mətbuatında Şahmar İbadovdan bəhs edilib. Bu barədə məlumatı Azərbaycanda yayan Azerinfo.org saytı bu məlumatların kəşfiyyat orqanları tərəyindən Türkiyə mətbuatına ötürüldüyünü qeyd edib. Bundan başqa Azerinfo.org saytı Türkiyə mətbuatında Şahmar İbadola bağlı yayılan məlumatı da dərc edib:
“Şahmar İbadov – Bakü şehri, Nerimanov ilçe Kaymakamının birinci yardimçısı.Eski parlamento başkanı yardımçısı.Kaymakamlıkda söz sahibi biri tüm atamalar ona bağlı.İzni olmadan hiç kimse göreve alınmaz.Önceliyi kaymakamlıkda ve oraya bağlı kamu görevlerine yakınlarını ve Hizmet üyelerini göreve getirmek. İş adamı. Çocukları Gülen okulunda okumuş. Ailesi ile bir kaç defa ABD olmuş. Hizmet uyelerinin mali işlerindeki sorumluluklarda üstlenir. Nerimanov ilçesinde yakınları ve akrabaları devlet hizmetinde çalışıyor.
15 Haziran olaylarından 8 ay önce Ceyhun Osmanlı kaymakamlığı ziyaret etmiş ve Nerimanov ilçe Kaymakamının birinci yardimçısı Şahmar İbadovla odasında buluşmuş. Bundan sonra kaymakamliğa aid 10 AA 815 plakali arabası ile Şahmar İbadov şöforu ve kaymakamlikda çalışan müdür yardımçısı Togrul ve Eldaniz adlı kişilerin vasıtası ile Ceyhun Osmanlıya para vermiştir”.
Azerinfo.org saytı onu onu da vurğulayıb ki, Şahmar İbadov Azərbaycan mətbuatında geniş ələaqələrə sahib olan birisidir və bu əlaqələrindən istifadə edərək Gülən şəbəkəsi haqqında Azərbaycan mətbatında gedən yazıların qarşısı almağa çalışır. Bəhs etdiymiz həmin yazıda o da göstərilir ki, Şahmar İbadov Yenicag.az saytının baş redaktoru Aqil Ələsgərə zəng edərək Ceyhun Osmanlı və Gülən şəbəkəsi ilə bağlı yazıların dayandırılmasını, həmçinin Yenicag.az saytından çıxarılmasını əvvəl xahiş, sonra isə tələb edib.
Qeyd edək ki, Şahmar İbadovun Gülən şəbəkəsi ilə əlaqəli fəaliyyəti ilə bağlı faktları toplamaqda davam edirik. Növbəi yazılarımızda daha tlginc faktlarla oxucularımızı tanış edəcəyik.