Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dediyi turistlərin 10-30 manata istirahət məkanlarına yerləşdirilməsi fikri fıs çıxdı

Insanlar Azərbaycanın hətta xidməti aşağı olan turizm məkanlarında istirahət etmək üçün xeyli vəsait xərcləməli olur.

Halbuki xərclədiyi qiymət qarşılığında xidmət görmür. Yaxud elə istirahət yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirirlər. Beş-altı nəfərdən ibarət ailənin hansısa məkana daxil olmasına təkcə 100 manat xərclənir.

Nazir isə publikaya hesablanmış pafoslu sözlərlə ictimaiyyəti çaşdırmağa çalışır. Vətəndaşlar isə artıq istirahət mərkəzlərinin sahiblərindən əvvəl, turizm naziri tərəfindən aldadılır. Ölkənin heç bir yerində o qiymətə istirahət yoxdur.

Məkandan istifadə və digər xərcləri isə üstünə gəlsək, bu 1000 manatdan yuxarı pul edir.

Ona görə də normal düşünən və istirahət etmək istəyən şəxs dincəlmək üçün daha sərfəli məkanlara, bir sözlə xaricə, əsasən də Türkiyə, Gürcüstan, son vaxtlar Monteneqro, Misir kimi yerlərə üz tutmağı daha məqbul hesab edir.

Çünki yerli turizm məkanında həm yüksək xidməti, keyfiyyəti, həm də vəsaitini boş yerə israf etmək vətəndaşın cibinə, özünə ziyandır.

  Azərbaycanın turizm sektorunda xidmət qiymətləri əhalinin gəlirlərinə uyğun deyil.

Nazir bildirib ki, Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır: “Dünən bütün rayonlar üzrə təhlil aparmışam.

Elə rayonlar, elə məkanlar var ki, 10-30 manata adamları yerləşdirirlər. Yaxud elə istirahət yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirir.

Deməli, adambaşına təxminən 15 manat düşür. Hesab edirəm, bu gün Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır. Mən düşünmürəm ki, bu gün kimsə beş-üç manata istirahət edə bilər. Bu, mümkün deyil”.

Elə biz də bunu qeyd edirik, 3-5 manata istirahət olmur. 15 manata dediyi yerlərin səviyyəsi isə aydın məsələdir.

Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşı öz vətənində bu qiymətə normal şəraiti olan yerdə dincəlməlidir. Amma Kabuleti və Batumidə bu qiymətə dincəlirlər ki, heç bir fərq qoyulmur. ulus.az

Paylaş