Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 11 Yanvar 2017-ci il tarixli 2589 saylı sərəncamı müəmmalı şəkildə yoxa çıxıb. Sözügedən sərəncam müəmmalı şəkildə icraatdan yayındırılmaqla yanaşı, bütün internet resurslarından, o cümlədən də president.az saytından silinib.
Məlumat üçün bildirək ki, məlum sərəcnama əsasən Mətin Balasən oğlu Eynullayev Azərbaycan Respublikasının təhsil nazirinin müavini təyin edilib.
(www.e-qanun.az/framework/34757)
Xatırladaq ki, ölkə başçısının məlum sərəncamından sonra Nazirlər Kabinetinin 28.02.2017 tarixli qərarı ilə də Eynullayev Mətin Balasən oğlunun təhsil nazirinin müavini vəzifəsinə təyin edildiyi təsdiqlənib. (cabmin.gov.az/?/az/pressreliz/view/2268/ )
Qərardan çıxarış:
1.1. “Qurbanov Firudin İsa oğlu – Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözlərindən sonra “Eynullayev Mətin Balasən oğlu – Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri əlavə edilsin;
Məlumat üçün bildirək ki, prezidentin 11 yanvar 2017-ci il tarixində imzaladığı sərəncam president.az saytının sərəncamlar bölümündən də silinib.
(president.az/documents/orders/page/23)
Bunlardan əlavə, hazırda təhsil nazirliyinin rəsmi saytında “Rəhbərlik” bölümündə də nazir müavinlərinin adları arasında Mətin eynullayevin adı yoxdur. (edu.gov.az/az/page/38)
Yuxarıda təqdim etdiyimiz sənəd və sübutlar ölkə başçısının imzaladığı sərəncamın müəmmalı şəkildə yoxa çıxmasından və ya çıxarılmasından xəbər verir.
Məlumat üçün qeyd edək ki, uzun zamandır Təhsil nazirliyində nazir müavini Ceyhun Bayramovla Mətin Eynullayev arasında ciddi qarşıdurmanın olduğu bildirilir.
Xatırladaq ki, Ceyhun Bayramov Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.(editor.az)