Bakının mərkəzində kanalizasiya aylardır yol boyu axır, müvafiq qurum isə bu barədə heç bir tədbir görmür.

Paytaxtın 28 may metrosu yaxınlığında, 28 Mall ticarət mərkəzi ilə üzbə-üz olan yoldan istifadə edən sakinlər və yaxınlıqda çalışan sahibkarlar kanalizasiyanın tez-tez daşmasından gileylənirlər.

Sakinlərindən biri yol boyu axan çirkab suyunun foto və video görüntülərini saytımıza göndərib. O, problemin iki ilə yaxındır ki, davam etdiyini və məsələ ilə əlaqədar dəfələrlə “Azərsu” ASC-nin tərkibində fəaliyyət göstərən “Bakı Sukanal” idarəsinə müraciət etdiklərini, lakin müvafiq qurumdan müraciətə baxılacağı deyilsə də, indiyə kimi bununla bağlı heç bir tədbirin görülmədiyini bildirib:

“İki ay əvvəl yenə kanalizasiya xətti tutulmuşdu, gəlib açdılar. Borunun dəyişdirilməli olduğunu desələr də bununla bağlı hələ də bir tədbir görülməyib. Üfunətdən dayanmaq olmur. İnsanlar yolu keçəndə böyük çətinliklə qarşılaşırlar. Bəzi sürücülər isə avtomobilini elə idarə edir ki, çirkab su tamam ətrafa sıçrayır”.

Ümid edək ki, problem qısa zamanda həll olunar və vətəndaşların rahatlığı təmin edilər. (Qaynarinfo)
"Azərsu" hara baxır?
"Azərsu" hara baxır?
"Azərsu" hara baxır?

VİDEOYA KEÇİD

Paylaş