Bir müddətdir ki, ölkənin KİV-də, o cümlədən sosial mediyada, telexəbərlərdə malqaranın xəstəliklərdən kütləvi qırılması, habelə sosial şəbəkələrdə ölkəyə yararsız vaksininin gətirilməsi nəticəsində mal-qaranın dabaq xəstəliyinə tutulması, baytar həkimlərini respublikada nə qədər ət dükanı varsa hamısından hər ay qanunsuz pul yığdırmağa məcbur edilməsi barədə xəbərlər yayımlanmaqdadır.

Malqaranın nəməlum xəstəliklərdən kütləvi qırılmasından sahibkarlara külli miqdar iqtisadi zərər dəyir. Verilən məlumata istinadən hazırda Qusar rayonu DüzTahir kəndində malqaraya dabaq əleyhinə vaksini vurulsada peyvənd vasitəsi keyfiyyətsiz olduğundan 300 başa qədər iribuynuzlu heyvanlar dabağa yoluxmuşdu. Buda Şimal bölgəsində Rusiya ilə sərhəddə yaşayan heyvandarlıqla məşğul olan sahibkarlar arasında boyük narazılıqla qarşılanmışdır. Hətta xəstəliklə bağlı rayona ezam edilən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nümüyəndəsi Kamandar adlı baytarlıq mütəxəssisi ilə heyvan sahiblərinin arasında qarşıdurma baş vermiş və onlar Azərbaycan Respublikasının Prezidentinə və kənd təsərrüfatı nazirinə şikayət edəcəklərini bildirmişlər.

Xəbər verildiyi kimi, Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən sahibkarlara qanunsuz təzyiqlər edilir. Şər atılaraq ətin “yarasızdır” deyilərək onlardan qanunsuz ödəmələr tələb edilir.

Bu günlərdə sosial şəbəkələrdə hazırda Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rəhbərlik edən cənab Azər Süleymanovun I qrup əlil olması barədə yazı dərc edilmiş və məqalədə I qrup əlilin Dövlət Baytarlıq Nəzarəti Xidməti kimi önəmli olan bir dövlət qurumunda ən yüksək vəzifə tutması oxucularımızın da təəccübünə səbəb olmuşdu. Bütün tərəflərin cavab haqqı tanınaraq belə bir şəxsin rəis vəzifəsini tutmasına aydınlıq gətirməsi məqsədilə Dövlət Xidmətinin tabe olduğu Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə müraciət esilsə də nazirlik hələdə sükutdadır. Bu susqunluğun səbəbi oxucularımıza da agah deyil?

Ancaq agah olan odur ki, Azər müəllim qanunsuz əməllərinə qadağa qoyulmadığından əvvəllər Göygöl rayonunda aylıq maaşı 320 manatla baytarlıq idarəsinin rəisi işləyərkən tikdirdiyi “KARUSEL” İSTİRAHƏT MƏRKƏZINDƏN gələn gəlir gözünə Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rəis keçdikdən sonra çox az görsəndi. O, daha irəli gedərək Vətəndaşların “qeydinə” qalaraq artıq “KARUSEL” İSTİRAHƏT MƏRKƏZININ yanında HOTEL inşaası üçün Gəncə şəhər memarlarına layihə də hazırlatmışdır.

Bu günlərdə “Azər Süleymanov baytar seminarının pulunu “Karusel”də silir başlığı ilə gedən məqalədən sitat:

“Belə ki, hər il Qərb zonasının regional mərkəzi olan Gəncədə təşkil edilən tədbirlər bu dəfə Göygöldə olub. Buna səbəb də A.Süleymanovun Göygöldən olmasıdır.
DBX rəisi Göygöldə yerləşən “Karusel” istirahət mərkəzində baytarlar üçün təlim təşkil etdirib. Çünki iddialara görə, həmin istirahət mərkəzi baş baytara məxsusdur”.

Sizə təqdim edilən foto və vidioda göründüyü kimi HOTELIN əzəmətli “GİRİŞ QAPISI” hazırdır.

Məlumat üçün bildiririk ki, hazırda Azər müəllimin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi kimi aylıq vəzifə maaşı 1050 AZN-dir. Bərəkallah, belə “maaşla” Azər müəllim hələ 10 hotel “tikdirə” bilər

Nazirliyin rəhbərliyindən baytarlıq sahəsində neçə illərdir ki, əmək sərf edən, tonlarla peyvənd vasitəsini, dərman maddələrini iynənin “gözündən” keçirərək malqaranın sağlamlığı keşiyində duran, heç bir restoranı, Hoteli, villası olmayan baytarların bir müraciətləri var:

“Azər müəllimə dur deyən tapılmasa o, hələ çox Mehdiabadda villa, Göygöldə restoran, hotellər yapdıracaq. Bunulada Dövlət Baytarlıq Nəzarəti Xidmətində pullu xidmətdən yığılan, dövlətin büdcəsindən ayrılan vəsaitlər Azər müəllimin şəxsi mülkiyyətlərində yazda buzlar əriyən kimi ”əriyəcək”.

Foto və videonu təqdim edirik. Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi baxıb “feyziyab” olsun. ulus.az
Oxucumuz Azər Süleymanovu ifşa etdi

Paylaş