Beynəlxalq yük daşımaları ilə məşğul olan bu firmada Cindən göndərilən 10 kq-lıq yük Bakıda necə 33 kq. olub?

Bakı şəhər sakini Qüdrət Şahməmmədoğlu redaksiyamıza gələrək, şikayəti olduğunu bildirdi. Probleminin həlli üçün onun şikayətini Respublikanın baş prokuroru cənab Z.Qaralova, daxili işlər naziri cənab R.Usubova, vergilər naziri cənab F.Məmmədova və dövlət gömrük komitəsinin sədri cənab A.Əliyevə çatdırmağımızı xahiş etdi.

Q.Şahməmmədoğlu bildirdi ki, həyatda maraqlı, insanı heyrətləndirən çox hadisələr görüb. Amma indi başına gələnlərlə nəinki özü, ümid etdiyini bildirir ki, heç kəs qarşılaşmayıb. Q.Şahməmmədoğludan onu heyrətləndirən bu şikayətin nədən ibarət olduğunu soruşdum. Şikayətçinin dedikləri:
– Mən kiçik biznes fəaliyyəti ilə məşğul oluram. Lazım olan ehtiyat hissələrini çox vaxt onlayn vasitəsi ilə sifariş edirəm. Bu yaxınlarda mənə çap maşını üçün bir avadanlıq lazım oldu. Kompüter vasitəsi ilə onu istehsal edən firmanın tapdım. Bu Çinin Hanco şəhərində olan bir firma idi. Firmanın nümayəndəsi ilə danışdıq, razılığa gəldik və həmin adam malı göndərməyə hazır olduğunu bildirdi. İki ayrı bağlamalarda olan malın hərəsi 5 kq idi. Ümumi çəkisi təbii ki, 10 kq. oldu. Hanco şəhərindəki firmanın nümayəndəsi qayimə yazaraq, malın ümümü çəkisini 10 kq olduğunu bildirdi . İndi qalırdı həmin malı Çindən Bakiya gətirək. Bunun üçün kompüterdə axtarış etdim və ofisi Binə bazarında olan “El Carco Azerbaijan” firmasını tapdım. Firmada özünü məsul şəxs kimi təqdim edən Fuad Məmmədovla danışdım və onlar malı qısa müddətə Bakıya gətirə biləcəklərini söylədi. Bu firma beynəlxalq yük daşıma ilə məşğul olur və onların Çinin Quanzhou şəhərində nümayəndəlikləri var. Mən o malı ora göndərtdirə bilsəm, onlar böyük mənmuniyyətlə gətirməyə hazır olduqlarını bildirdi. Belə olan sürətdə, Çindəki malı mənə satan firmanın nümayəndəsi ilə danışdım və o, malı Hanco şəhərindən Quanzhou şəhərinə aparmağa razılıq verdi. Bakıdakı “El Carco Azerbaijan” firmasının meneceri F.Məmmədov bu daşınmanın, yəni 10 kq. yükün 90 ABŞ dollarına başa gələcəyini bildirdi. Mən razılaşdım.
Burada maraqlı bir məqam bilirsinizmi nədir? Yük maşınla 35-40 günə gəlir, təyyarə ilə isə 3-5 günə. Həmin mal təcili lazım olduğu üçün mən təyyarəilə gətirtməyə qərar verdim F.Məmmədovla da razılşadıq. Bildirdi ki, yaxın vaxlarda malı alacaqsınız. 10 gün də keçdi, lakin yükdən xəbər-ətər olmadı. Hər dəfə F.Məmmədova zəng edəndə, gah telefonu bağlı olurdu, gah da açıq olanda bildirirdi ki, hələ mal gəlməyib. Danışıq da belə olub ki, malı gəlib götürəndə pul ödəniləcək. Nəhayət, mayın 8-də göndərilən mal, iyunun 14-də, yənli 35 gündən sonra gəlib. İyunun 14-də onlar zəng elədi ki, malını götür. “El Carco Azerbaijan”-nın Binə bazarında yerləşən ofisinə yollandım. Mənə dedirlər ki, 520 manat ödəməlisən. “Axı biz 90 ABŞ dollarına razılaşmışıq”- deyə etirazımı bildirirəm. Danışdığımız məbləğ təxminən 150 manat edir. Bəs 370 manat əlavə pul haradan çıxdı? Cavab verirlər ki, malın çəkisi 33 kq.-dır. Dəhşətə gəlirəm ki,10 kq. avadanlıq neçə 33 kq. ola bilər?
Məlum oldu ki, bu firma həmin 10 kq malı Çindəki anbarında 2 sm-lik qalınlığı 1meti eni 1 metir uzunluğu olan”dik” materialını mənə məxsus olan malın üstünə bağlamaqla çəkisini 3 dəfəyə qədər artırıblar. Mən sual edirəm, axı bu mal Çinli sizin firmanın çindəki anbarına göndərmək üçün cəmi 10 kq malın pulunu ödəyib necə olur ki, mal sizin anbara gələnə qədər 10 kq olur sizin anbardan Bakıya 33 kq-lıq yük kimi qəlir bunu necə başa düşmək olar? Kimsə buna aydınlıq gətirə bilərmi.Mən Fuad Məmmədova nə qədər etirazımı bildirsəm də, xeyri olmadı. Şikayət edəcəyimi deyəndə isə, “Hara istəyirsən, get şikayət elə. Polis idarəsi də burada yaxınlıqda var, gedib şikayət edə bilərsən”. İndi mən başa düşə bilmirəm, bu firma üçün heç bir qayda-qanun yoxdur? Bunun adı açıq-aşkar vətəndaşın cibinə girmək və soyğunçuluqdur. Yəqin ki, Respublikanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bu məsələ ilə ciddi maraqlanacaq. O da yəqin olacaq ki, bu firmanın arxasında kim dayanır, vətəndaşları günün-günorta vaxtı cibinə girərək, onları biznes fəaliyyətindən uzaqlaşdırmaq istəyən kimlərdir.
Hörmətli Prezidnetimiz cənab İlham Əliyev öz çıxışında dəfələrlə qeyd edib ki, sahibkarlığın fəaliyyətinə heç kəs mane ola bilməz. Əksinə onların fəaliyyətinə geniş şərait yaradılmalıdır. Ancaq “El Carco Azerbaijan” firması və onun rəhbərliyi görünür, prezidentin bu çıxışlarını və tövsiyyələrini eşitmək istəmirlər. Mən sizdən xahiş edirəm, mənim bu şikayətimi adını yuxarıda qeyd etdiyim Respublikanın baş prokuroru cənab Z.Qaralova, daxili işlər naziri cənab R.Usubova, vergilər naziri cənab F.Məmmədova çatdırasınız ki, bu firmaya prezidentin göstərişlərini və Azərbaycan qanunlarını başa salsınlar.
Q.Şahməmmədoğlunun şikayəti doğrudan da, maraqlıdır ki, 10 kq mal neçə şişib 33 kq olub? Bunun yalnız bir adı var: Özbaşınalıq! KİV haqqında qanuna əsaslanaraq, əks tərəfin mövqeyini öyrənmək məqsədilə “El Carco Azerbaijan” firması ilə əlaqə saxladıq. Məlum oldu ki, F.Məmmədov deyilən şəxs firmanın meneceridir. F.Məmmədova şikayət barədə məlumat verib, məsələyə münasibətini öyrənmək istədiyimi bidirdim. O isə məlumatın düzgün olmadığını qeyd edərək, bunları söylədi: “Bəli, biz o vətəndaşın malını gətirmişik. Mal Cindən necə gndərilibsə, biz də elə sahibinə çatdırmaq istmişik. Amma vətəndaş 520 manat ödəməkdən imtina edir .Nə vaxt bu pulu ödəyər gəlib malı götürə bilər.Biz heç vaxt istəmərik ki, firmanın işindən kimsə narazı qalsın”.
Mənim “ bəs uzunluğu 1 metri eni 1 metr olan, qalınlığı isə 20 mm. olan taxta, “dik” yükün üstündən kim bağlayıb”-sualıma F.Məmmədov belə cavab verdi: “Bax bu dəqiqə sizinlə danışa-danışa həmin “dik”i ölçürəm. Budur qalınlığı siz dediyiniz kimi 20 mm yox ,14 mm-dir. Bizdə isə bu ölçüdə “dik”i olmur. Bu, Çinin materialıdır və orada “upakovka” olunub. Çəkisini də Çində yazıblar ki, 33 kq-dır. Bizim burada nə günahımlz var?”
“5 günə çatdırılası yük niyə 30 gündən sonra gəlib çatıb”-sulıma isə F.Məmmədovun cavabı belə oldu:” Yox, biz ona 5 günə söz verməmişik. Demişik ki, yükü 5-7 günə gətirəcəyiık. Yükün 30 gündən sonra gəlməsi barədə xəbərim olmayıb.”
Hər halda biz KİV olaraq hər iki tərəfin mövqeyini dərc elədik. Yəqin ki, şikayətin ünvanlandığı qurumlar araşdırma aparacaq və günahkarın kim olduğu məlum olacaq.
tezadlar.az

Paylaş