Bərdə rayon Komunal Təsərrüfat Birliyinin müdiri Natiq Hətəmov rayonu bərbad günə salıb
“KTB” müdiri Bərdənin küçələrini, ara məhəllələrini baxımsız qoyub.
N.Hətəmov rayonun təmiz, səliqə-sahman saxlanması, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtı-vaxtında atılması işlərini başdı-başına buraxıb. Ancaq ştat cədvəlinə baxanda Bərdə KTB-də böyük briqadanın işlədiyi təsəvvürü oyanır.
Çünki ştatda 200 nəfərə yaxın işçinin adı keçir. Halbuki, N.Hətəmovun tabeliyində 50-ə yaxın işçi ola ya olmaya…
Deyilənə görə, N.Hətəmov icra nümayəndələrinin verdiyi hesabat üzrə “ölü can”lar yaradıb. Onların adları idarədə gedir və maaş kartını Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərovun götürdüyü iddia olunur. N.Hətəmovun Z.Bəylərovun adamı olduğu bildirilir. İcra nümayəndələri də Z.Bəylərova təzim edirlər.
Hər ay bankomatlardan KTB-nin “işçi”lərinin maaşları çıxarılır.
Bu prosesi Z.Bəylərovla komandası həyata keçirir. Bu komandaya icra başçısının köməkçisi təyin olunmuş KTB rəisi N.Hətəmovun oğlu Anar Hətəmov da daxildir.
İcra başçısı köməkçisi vəzifəsində çalışan A.Hətəmov ayda maksimum 500, yuxarı götürsək 700 manat maaş ala bilər. Amma Bərdədə ən bahalı maşınlardan birinə sahibdir.
Təxminən, 50 min dəyəri olan avtomobili ilə rayon ərazisində elə sürətlə hərəkət edir ki, nə vaxtsa kimisə bədbəxt edəcəyi gözlənilir.
Bundan əvvəl rayon icra başçısının iqtisadi məsələlər üzrə müavini Vidadi İmamquluyev olub.
Onun kürəkəni Yusif Yusifzadə isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdürü vəzifəsində çalışıb. Sonra onların hər ikisini vəzifəsindən azad edilib. Rayonda hökmranlıq isə Z.Bəylərov və şəbəkəsinin nəzarətinə keçib. ulus.az