“Göyçayın icra başçısı Mehdi Səlimzadə haqlı şikayətlər və tələblər qarşısında müdafiə olunmaq əvəzinə şər-böhtan yolunu seçib”.
Ulus.Az-ın verdiyi məlumata görə, bunu hüquq müdafiəçisi Taleh Xasməmmədov Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, alternativ seçilmiş bu yolu çox təhlükəli və ədalətsiz addım kimi qiymətləndirir:
Kiçik nəzər salın, görün nələr baş verir? Son vaxtlar Göyçayda bir əxlaqsız qadın vasitəsi ilə bir neçə nəfər şərlənib və onlardan mənafelərine uyğun istifadə olunub. 100-lərlə sahibkar hədə-qorxu ilə soyulub. 1 milyondan yuxarı dəyəri olan su boruları sökülərək satılıb, nəqliyyat xidməti inhisarçılıq məqsədilə qanunsuz olaraq ələ keçirilib, bir parça çörək pulu qazanan kiçik sahibkarlar bu bazardan o bazara qovularaq giriftar vəziyyətdə qalıblar, arxa-dayağı olmayan məmurlar şantaj olunaraq əmlakları əlindən alınıb və ya şərlənərək işdən atılıb…
M. Səlimzadə “vurmaq” istədiyi şəxs barədə əvvəlcə mətbuat vasitəsi ilə mənfi imic yaradır, daha sonra isə istədiyi addımı qanunsuz da olsa atır. Artıq prezident administrasiyasında da onun yalan-palan taktikalarına bələd olublar.
Bu dəfə yenə icra başçısı jurnalistlər vasitəsi ilə Ilham Əliyevə mesaj göndərib: “Göyçayın icra başçısı hara baxır?” Bu cür başlıqlı yazı ilə o öz növbəti qurbanını seçib və bu yaxınlarda 500 ailənin dolanışığı olan bazarı bağlatmaq niyyətindədir.
T.Xasməmmədov yazıb ki, bu hala Azərbaycan Respublikası qanunvericiliyi imkan vermir: Mən də yuxarıda onların öz sözlərindən istifadə edərək ölkə başçısına müraciət edirəm: “Özünü sizin dostunuz və qohumunuz kimi qələmə verən Göyçayın icra başçısı hara baxır?”. Cavabı da elə özüm deyirəm: Qara piara və insanları şantaj etməyə! Fikirlərimin doğruluğunu sübut etməyə hazıram, yetər ki, Siz də məndən bunu istəyəsiniiz! Cavabı da elə özüm deyim: Qara piara və insanları şantaj etməyə”.
Ulus.Az olaraq RİH-nin mövqeyini də dərc etməyə hazırıq.