Bakıda dəfələrlə məmurların, yüksək vəzifəli şəxslərin xidməti avtomobilləri ilə özbaşınalıqlarının, yol hərəkəti qaydalarını heçə saymasının şahidi olmuşuq.
Bu dəfə Tağı Əhmədovun xidməti avtomobili yol hərəkəti qaydalarını kobud şəkildə pozarkən görüntüləndi.
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun xidməti avtomobili yol hərkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülər üçün qəza vəziyyəti yaradıb.
Musavat.com-un əməkdaşı sabiq metropoliten rəisi Tağı Əhmədovun sürücüsünün idarə etdiyi maşının qayda pozuntularını Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində görüntüləyib. Adını çəkdiyimiz küçədə avtomobil qəzası baş verdiyindən tıxac yaranıb.
Bu zaman Tağı Əhmədovun da içərisində olduğu avtomobil qoşa xətti tapdalayarq, qarşıdan gələn avtomobillərin hərəkət istiqamətinə çıxaraq yol hərəkəti qaydalarını pozub.
Görüntülərdən də aydın olur ki, “Mercedes” markalı 90 AA 220 dövlət nömrə nişanlı avtomobil qaydalara əməl etmədən hərəkətini davam etdirir.