Tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin durumu get-gedə gərginləşir

KORRUPSİYA.Az 10may.az saytına istinadən verir ki, bir günlük həbsə salınmış Hacı İbrahimə o zaman vaxt verilmişdi.

Ki, Beynəlxalq Bankdan götürdüyü kreditləri qaytarsın. Qoyulan vaxt isə artıq başa çatmaq üzrədir. Amma biznesmen hələ də kreditləri qaytarmayıb. Bir neçə dəfə ölkəni tərk etməyə çalışan Hacı İbrahim buna nail ola bilməyib.

Xəbərdə bu da bildirilir ki, biznesmen kreditin qarşılığında “Khazar Islands” (“Xəzər adaları”) şəhərciyindən imtina etməyə hazır olduğunu da təklif edib.

Amma bu təklif qəbul olunmayıb və bildirilib ki, bu şəhərciyin perespektivinə inam yoxdur. Buna görə də Hacı İbrahim Nehrəmli çıxılmaz duruma düşüb.

Bildirilir ki, Hacı İbrahim krediti qaytarmaq üçün nəzarətində olan daşınan və daşınmaz əmlakı da satsa bu krediti sona qədər ödəyə bilməyəcək. Ona ayrılan zamanın başa çatmasına isə artıq bir neçə ay qalıb.

Ümumilikdə İbrahimovların vəziyyəti ürəkaçan deyil. Onun kiçik qardaşı Sahib İbrahimovun tikinti şirkətinin dələduz əməlləri barədə Prezident Administrasiyasına çoxsaylı şikayət məktubları ünvanlanır.

Hətta deputat İqbal Məmmədovun da “Sahil-company” firmasından aldığı evlə bağlı münaqişəsi yaranıb. Diasporla iş üzrə dövlət komitəsinin sədri olan bir başqa qardaşı Nazim İbrahimov isə yuxarıların qəzəbinə tuş gəlib.

Hacı İbrahimə gəlincə, artıq bir-neçə ildir ki, “Avesta” konsernin prezidenti, məşhur iş adamı Hacı İbrahim Nehrəmli Xəzər dənizində çoxfunksiyalı “Khazar Islands” (“Xəzər adaları”) layihəsini həyata keçirdiyini, qısa müddətdə dünyada analoqu olmayan bir şəhəri tikəcəyini bəyan edir.

Etiraf olunmalıdır ki, yerli və xarici media da bu layihəyə ciddi maraq göstərir və indiyədək “Xəzər adaları” haqda saysız-hesabsız yazılar, xəbərlər yayılıb.

Ancaq təəssüf ki, irəli sürülən iddialar, verilən vədlər, bəyanatlar elə iddia, vəd, bəyanat olmaqdan uzağa gedə bilmir. Xeyli vaxt keçməsinə baxmayaraq, hələlik bu gurultulu bəyanatların reallığa çevriləcəyini göstərən ciddi bir iş gözə dəymir.

Utopik layihəyə 1 milyard 200 milyon dollara yaxın vəsaiti, o cümlədən Azərbaycan Beynəlxalq Bankının yüz milyonlarla dollar kreditini xərcləyib batıran Nehrəmli özünün dəbdəbəli geyimləri ilə lovğalanır.

Deyir ki, hətta yas gerinə gedəndə də başdan ayağa “Stefano Ricci” brendindən geyinir. Və hamı ona baxıb “Hacı İbrahim yenə təəcübləndirdi” deyir. Hacı bu kreditləri qaytara bildimi? Əlbətdə, yox. Axı pullar çoxdan Xəzər sularında əriyib getmişdi.

Hacı İbrahim “Xəzər adaları”ına 1 milyon 250 milyon dolları (dediyinə görə bunun 1 milyard dolları öz puluymuş) xərcləyib ki, həmin pulların geri qayıtması heç cür ağlasığan deyil. Hazırda “Xəzər adaları” mənasız aktiv kimi Beynəlxalq Bankın girovluğundadır.

Paylaş