Azərbaycanda məmur övladlarının yol qəzalarında insan faciəsinə səbəb olmaları normaya çevrilir; Onların cəzasız qalması, həbs olunmaması məmurlarda və uşaqlarında arxayınlıq yaradır…

Ulus.Az xəbər verir ki, bu günlərdə bir lənkəranlı avtobus sürücüsünün kiçik bir qəzaya görə həbs təhlükəsi ilə üzləşməsi bu məsələni yenidən aktuallaşdırdı.

Kimsəsiz sürücü vəzifəli bir şəxsin anasınna yüngülcə toxunsa da, şoferdən əl çəkmirlər, pulunu alıb özünü həbsə salmaq istəyirlər.

Hərçənd ki, nə ağır xəsarət var, nə də ölüm faktı. Söhbət İltimas Lətifov adlı marşrut sürücüsündən gedir. Ancaq indiyə qədər onlarla məmur oğlu bahalı maşınla adam öldürüblər.

Məsələn, Tərtərin icra başçısının müavini olmuş Vidadi Bəylərovun oğlu Elxan Bəylərli, Nəsimi icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid, iş adamı Fizuli Fərəcovun 16 yaşlı oğlu Ağaəli Fərəcov yol qəzasında insan həyatına son qoyublar. Amma nə həbs ediliblər, nə də ağır cəza çəkiblər.

Təkcə X.Mədətov olub ki, onu da xalq artistinin nəvəsini və arvadını öldürdüyü üçün həbsə salıb, sonra əfvlə azadlığa buraxıblar.

Hökumətin iclaslarından birində dövlət başçısı xəbərdarlıq etmişdi ki, məmur övladları qudurğanlıq etdikdə özləri cəza almaqla yanaşı ataları da işdən çıxarılacaq. Bu, reallıqda da belə oldu.
Nəsimi icra başçısının oğlu səhhəti ilə əlaqədar ev dustaqlığına buraxıldı, milyonçunun 16 yaşlı oğlu qanunla həbsə getmir və təlim-tərbi müəssisəsinə göndərilir və bu faktlar başqa oliarx-məmur övladlarında arxayınlıq yaradır.

Bundan başqa, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğluqəza törətməklə mətbuat səhifələrinə düşüb. Hadisə Pambıq Zavodunun qarşısında baş verib.

Atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki “VAZ 06” markalı “jiquli”ni əzib. Maşınlardan biri yararsız hala düşüb. Zədələnən “Jiquli”lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş.

“Dövlətqaçqınkom”un Ağdam şöbəsinin müdiri Qabil İbadovun oğlu yol qəzası törədib. Onun idarə etdiyi “Mersedes” markalı maşın KAMAZ-la toqquşub. Ötmə zamanı baş verən hadisədə günahın məmur oğlunda olduğu bildirilir.

Hətta bunu özünün Facebook profilində də qeyd edən həmin gənc təsdiq edib ki, hadisə avtoxuliqanlıq etdiyi zaman reallaşıb və günah da özündə olub.

Paylaş