Ağdam Musiqi Kolleci bazara çevrilib; Kollecin direktoru Laura Ağayeva təhsil ocağında musiqili rüşvət epidemiyası yayıb

Bir qrup tələbə Ulus.Az-a yazıb ki, L.Ağayeva rahat həyat yaşayır və bunun səbəbkarı tələbələrdir. Çünki onların hesabına varlana bilir.

Tələbələr deyirlər ki, kollecdə hamı rüşvətlə işləyir, rüşvətlə salam verir. Yalnız məbləği ödəyən abituriyentlər tələbə olur, məbləği ödəməyənlərin tələbə olmaq sevinci isə gözündə qalır.

Qaydaya görə, hər semestrdə 250-300 manat rüşvət verməyən tələbə imtahandan keçmir. 800-1000 manat pul verməyən tələbə də diplom ala bilməz.

Ən acınacaqlı hal isə tələbələrin onlardan tələb olunan pulu toplaması üçün işləməsidir. Tələbələr Quzanlı qəsəbəsində fəaliyyət göstərən müxtəlif iaşə obyektlərində.

  Gəncə Musiqi Kollecində rüşvət videosu yayılan direktordan geri qalmayan L.Ağayevanın da fəaliyyəti yoxlanmalıdır.

Tələbələr bildirir ki, bu təhsil ocağında heç bir işi “hörmət etmədən” yola vermək mümkün deyil. Hətta oxuyan və çalışqan tələbələrdən də pul yığıldığı, heç kimə güzəşt olunmadığı da söylənilənlər arasındadır.

Kollecin direktoru Laura Ağayeva valideynlərlə anlaşaraq, uşaqlarının dərsə gəlməməsi müqabilində ayda 130 manat pul alır. Bu pulun müqabilində isə həmin uşaqlar dərsə gəlməsələr belə, yenə də onlara yekunda diplom verilir.

Ağdam Musiqi Kollecində pul yığmağın başqa yolları da var. Belə ki, tələbələrin təqaüdləri birbaşa direktora çatır. Bundan başqa, imtahan sessiyası da əsas gəlir mənbəyidir.

Çünki Laura Ağayevanın göstərişinə əsasən hər bir tələbə imtahanlardan keçmək üçün pul verməlidir.

Bu ittihamlarla bağlı qarşı tərəfi dinləməyə hazırıq. 

Paylaş