Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla bağlı DİA.AZ-a növbəti şikayət məktubu daxil olub. Belə ki, redaksiyamıza yazan narazı qazaxlılar Bababşovun gəldiyi ilk gündən bəri Qazaxda rəsmən dikatura rejimi yaratmasından giley edirlər.
Sakinlər dia.az-a yazır: “Rəcəb Babaşov rayonda kimsəni saya salmır. Gəldiyi ilk gündən əsas hədəfi yerli sahibkarlar oldu. Keçmiş vergi işçisi olduğundan sahibkarlar ondan bərk qorxurlar. Əlində bəlkə də sahibkarlara qarşı faktlar var. Buna gprə də onun dediklərini bu gün də canla-başla etməkdədirlər. Başçıya ayaq uydurmayanlar isə mütləq cəzalanır. Özü də vergilər nazirliyinin əli ilə. Ona görə də kimsə Bavaşovla toqquşmaya maraqlı deyil”.
Bu da hamısı deyil. Narazı vətəndaşlar dia.az-a bildirirlər ki, Babaşovun bu gün Qazaxda abadlıq adı ilə həyata keçirdiyi bütün işlər yerli idarə və müəssisə rəhbərlərinin hesabına baş verməkdədir: “Hamıya tas kəsib, haqq qoyub. Vüdcədən ayrılan pullar isə birbaşa olaraq Babaşovun cibinə gedir. Kimsə də səsini çıxara bilmir. Çünki hamısının hansısa cinayəti var sanki… Babaşov elə bir rejim qurub ki, hamını özünə işlədir və hamıd a guya ki, bundan məmnundur. Amma əslində vəziyyət göründüyü kimi deyil və bir gün çox dəhşətli PARTLAYIŞ baş verə bilər”.
Sakinlər onu da bildirir ki, Babaşovla hansısa rayon sakininin görüşməsi də ən böyük xəyallardandır: “Adam gəldiyi ilk gündən qapısını şikayətlərin vəşikayətçilərin üzünə bağlayıb”.
Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…