Onlar Prezidentdən Rövnəq Abdullayevin cəzalandırılmasını xahiş edirlər

Son günlər Realliq.info –nun Azərbaycan Neft Şirkətinin Prezidenti (SOCAR) tərəfindən hədəfə alınması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Saytın SOCAR prezidentinin özbaşınalığından və mənimsədiyi dövlət əmlakından bəhs edən yazılarından sonra ddos hücumuna məruz qalması ictimaiyyəti də narahat etməkdədir.
Bu mənada Respublikanın cənub zonasından olan bir qrup ziyalı cənab Prezidentə müraciət edərək Rövnəq Abdullayevin mətbuata basqılarına son qoyulmasına və onun cəzalandırılmasına tapşırıq verməyini xahiş ediblər.
Ziyalılar müraciətlərində qeyd edir: “Cənab Prezident. Realliq.info saytı hər zaman Dövlətin maraqlarına xidmət etməklə cəmiyyətdə sevilən media qurumudur. Saytda dərc olunan məqalələr ölkəmizin inkşafına xidmət etməklə yanaşı bəzi məmurların nöqsanlarını da üzə çıxarmaqdadır. Saytın son günlər SOCAR prezidentinin qaranlıq fəaliyyəti və mənimsədiyi milyonlarla bağlı araşdırmaları hamımız tərəfindən izlənilir. Lakin şirkət prezidenti Rövnəq Abdullayevin qanunsuz yollarla Realliq.info –nu hədəfə alması azad sözə qarşı yönəlmiş qanunsuz mübarizədir. Saytın əməkdaşlarının hədələnməsi və sayta ddos hücümların təşkili ilə məqsədinə çatmaq istəyən Rövnəq Abdullayevin qanunsuz fəaliyyətini ictimaiyyətdən gizli saxlamasına olunan cəhdlər bizləri də narahat edir.
Realliq.info – ya olunan hücumların qarşısının alınması üçün Sizə üz tutmuşuq. Sizdən SOCAR prezidentinin qanunsuz əməllərinin qarşısının alınması və cəzalandırılması üçün tapşırıq verməyinizi xahiş edirik”.
Ziyalıların müraciətini qısa məzmunda diqqətinizə çatdırdıq. Ümid edirik ki, SOCAR şefi qanunsuz əməllərdən çəkinərək sayta hücümlarına son verəcək və onun saxta fəaliyyəti ilə bağlı araşdırmaların davamına yaratdığı əngəllər aradan qaldırılacaq.

Realliq.info

 

Korrupsiya.az

Paylaş