Vəkil Cavad Cavadovun məhkəmədəki şousunun səs yazısı mətbuata yayıldı.

Mətbuatdan məlumdur ki, Binəqədi rayon məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə 365info.az saytının baş redaktoru Anar Asimoğluna qarşı “Nort Vest Konstrakşn” şirkətinin icraçı direktoru Elçin Bədəlovun iddiası əsasında Cinayət Məcəlləsnin 147.1 və 147.2 (böhtan) maddələri üzrə xüsusi itiham qaydasında başlanan, sayca 5-ci məhkəmə hazırlıq iclası davam edir.

Məlumat üçün bildirək ki, ötən məhkəmə hazırlıq iclasında Anar Asimoğlu vəsatət qaldıraraq, şikayətçi Elçin Bədəlovun məhkəmə hazırlıq iclasına təkrar gəlmədiyinə görə, qanuna əsasən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar çıxarılmasını hakimdən tələb etmişdi. Lakin baş redaktorun vəsatətinə məhəl qoymayan hakim vəkilə müraciət edərək:“Cavad müəllim, mən çox xahiş edirəm, növbəti məhkəmə hazırlıq iclasına Elçin Bədəlov gəlsin.”, o isə, “Problem yoxdur” deyə cavab vermişdi. Hakim də iyulun 11-nə sayca 5-ci məhkəmə hazırlıq iclası təyin etmişdi.

11.07.2017-ci il tarixdə keçirilən 5-ci hazırlıq iclasında Elçin Bədəlov özü şəxsən iştirak etmək üçün təşrif buyurmuşdu.

Məlumat üçün onu da qeyd edək ki, 4-cü hazırlıq iclasında Anar Asimoğlu Elçin Bədəlovun vəkili Cavad Cavadova məhkəmə prosesində səsinin tonun qaldırdığı üçün çox mədəni şəkildə layiq olduğu yerini göstərmişdi.

Baş redaktorun bu hərəkəti barədə kimlərsə Elçin Bədəlova məlumat vermişdir. Bu xəbəri eşidən Elçin Bədəlov vəkili Cavad Cavadova öz iradını bildirmiş və işinin öhdəsindən gəlməməyi ilə bağlı vəkilə xəbərdarlıq etmişdir. Ona görə də vəkil Cavad Cavadov Elçin Bədəlovun da iştirak etdiyi növbəti, yəni 11.07.2017 ci il tarixdə keçirilən sayca 5-ci məhkəmə hazırlıq iclasında artistlik etmək, şou göstərmək və beləliklə Elçin Bədəlovun gözündə öz reputasiyasını bərpa etməyi planlaşdırmışdı. Yəni sübut etmək istəyirdi ki, ötən iclasda baş redaktorun qabağından geri çəkilməyib.

Ancaq əslində ötən iclasda məsələ heç də yuxarıda qeyd etdiyimiz kimi olmayıb.

Əvvəlki prosesdə iştirak edən jurnalistlərin 365info.az saytına verdiyi məlumata görə baş redaktor Anar Asimoğlu sadəcə hakim Mirheydər Zeynalova bildirmişdir ki, Elçin Bədəlov məhkəmə hazırlıq iclasinda təkrar iştirak etmədiyi üçün icraatdan imtina edilməlidir. Yəni əvvəlki iclasda baş redaktorla vəkil arasında söz dueli-filan olmayıb. Sadəcə, kimsə baş verənləri Elçin Bədəlova qəsdən elə çatdırıb ki, guya vəkil Cavad Cavadov məhkəmə iclasında Anar Asimoğlu ilə bacarmır. Ona görə də vəkil Cavad Cavadov öz “hökmünü” Elçin Bədəlova sübut etmək üçün onu özü ilə növbəti iclasa gətirmişdir. Və 11 iyul tarixdə məhkəmə hazırlıq iclasında baş redaktor Anar Asimoğlu öz vəsatətini yazılı surətdə hakimə təqdim edərkən, hakimlə baş redaktor arasındakı söhbətə hay-küylə müdaxilə edən, hakim Mirheydər Zeynalovun sözünü kobudcasına kəsən vəkil Cavadov, etik qaydaları pozaraq üzünü Anar Asımoğluna tutaraq ona hədə-qorxu gəldi: “Mən dəfələrlə məhkəmələrdə belə məsələrlə üzləşmişəm, hətta daxili işlər nazirinin xüsusi ittiham qaydasında şikayətləri olub məhkəmələrdə və nazir heç vaxt iştirak etməyib. Mən özüm səndən şikayət edəcəm, görüm səni hansı vəkil müdafiə edəcək?!”.

Vəkil bu hərəkətləri ilə Elçin Bədəlova layiqli qulluq etdiyini sübut etmək və eyni zamanda baş redaktoru qıcıqlandıraraq əsəbləşdirib təxribata çəkmək istəyirdi.

Baş redaktor Anar Asimoğlu isə hay-küy salan vəkilə heç bir cavab vermədən, bu tərzdə iclas apardığına görə hakimə etiraz edəcəyini bildirib və vəsatətini hakimə təqdim edib.

Ancaq ən maraqlı məqam odur ki, hakim Mirheydər Zeynalov vəkil Cavad Cavadovun heç bir əndazəyə sığmayan hərəktlərinə adekvat cavab vermir, heç bir əsas olmadan daxili işlər nazirinin adının yersiz yerə hallandırılmasına görə vəkilə irad bildirmirdi, ancaq əlini yavaşca masaya döyəcləyərək “1 dəqiqə, 1 dəqiqə…” deməklə guya vəkilə xəbərdarlıq edirdi. Lakin vəkil Cavadov Cavadın törətdiyi hərəkətləri hər hansı bir məhkəmə zalında başqa bir şəxs etmiş olsaydı, həmin hakim onu dərhal zaldan qovardı.

Yuxarıda qeyd etdiyimiz kimi vəkil Cavad Cavadovun hərəkətləri öz ağasına xidmətini sübut etmək üçün əvvəcədən planlaşdırılmış artistlik idi.

Bəs bu tamaşada-komediyada hakim Zeynalovun rolu nə idi ?

Yəqin ki növbəti iclasda bu suala cavab tapılacaq. Və məlumat üçün bildirək ki, hakim Mirheydər Zeynalov məhkəmə hazırlıq iclasını yekunlaşdıraraq, 13 iyul tarixə növbəti, sayca 6-cı məhkəmə hazırlıq iclası təyin edib.

İndi isə Cavad Cavadovun məhkəmə şousunun bizə təqdim edilən audio yazısını oxuculara təqdim edirik. Qoy vəkilin hərəkətlərinə qiyməti cəmiyyət versin.

365info.az

Şamil Həsənbəyli

JURNALİST YENİDƏN FİKRƏT MƏMMƏDOVA MÜRACİƏT ETDİ: “HAKİM MİRHEYDƏR ZEYNALOV TƏRƏFKEŞLİK EDİR”

HƏBS TƏHLÜKƏSİYLƏ ÜZLƏŞƏN BAŞ REDAKTOR PREZİDENTDƏN KÖMƏK İSTƏDİ – MÜRACİƏT

365İNFO.AZ-IN BAŞ REDAKTORU ANAR ASİMOĞLUNUN SƏHHƏTİ PİSLƏŞDİ

“AKKORD”UN KEÇMİŞ DİREKTORU, “NORTH VEST”İN DİREKTORU ELÇİN BƏDƏLOV BAŞ REDAKTORU HƏBS ETDİRMƏK İSTƏYİR

QURTULUŞ GÜNÜ İCLAS KEÇİRƏN HAKİMDƏN NAZİRƏ ŞİKAYƏT OLUNDU – FOTO

365İNFO.AZ SAYTININ BAŞ REDAKTORU PREZİDENTƏ MÜRACİƏT ETDİ

365İNFO.AZ SAYTININ RƏHBƏRİ ANAR ASİMOĞLUNUN HƏBSİNİ SİFARİŞ EDƏN KİMLƏRDİR..?

MƏŞƏDİ İBAD DEMİŞKƏN, “NORTH WEST ”İN FƏHLƏSİNİN DƏRMAN PULU CƏHƏNNƏMƏ…

KEÇMİŞ MTN GENERALLARI NƏ ÜÇÜN ARVADLARINDAN BOŞANIR ?

ELÇİN BƏDƏLOV KİMDİR?

“NORT VEST KONSTRAKŞN” ŞİRKƏTİ TENDERLƏRDƏ HANSI “OYUNLAR” OYNAYIR?

“SOLİD CONSTRUCTİON” ŞİRKƏTİNİN RƏHBƏRİ MƏMUR İMİŞ…

“SOLİD CONSTRUCTİON” DİNDAR “QARDAŞLAR”DAN ALINAN PULU QAYTARIBMI?

BAŞ REDAKTOR ANAR ASİMOĞLU DİN BAŞÇISI RAMİL USUBOVA MÜRACİƏT ETDİ 

 

Paylaş