Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ilişib

Qurum meriyaya irad tutub.

Bakı Nəqliyyat Agentliyi bildirir ki, bəzi yerli qurumlar özbaşına piyada keçidləri və ya hansısa zolaqlar çəkirlər. Bu da tıxaclara eyni zamanda insan tələfatı ilə nəticələnən yol nəqliyyat hadisələrinə səbəb olur.

Bakı şəhərində yerləşdirilmiş piyada keçidlərinin araşdırılması nəticəsində ümumilikdə 398 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi məlum olub.

Svetoforla tənzimlənən 274 yol kəsişməsində nizamlanmayan piyada keçidi nişanlanma xətti çəkilib. 12 məntəqədə yol nişanlanması olsa da yol nişanı quraşdırılmayıb.

12 məntəqədə piyada keçidləri dayanacaq məntəqəsi daxilində yerləşdirilib.

18 məntəqədə piyada keçidi yol nişanı quraşdırılmış yol xətlənməsi işləri aparılmayıb. 67 məntəqədə piyada keçidləri quraşdırılarkən, normalara uyğun ara məsafəsi gözlənilməmiş, keçidlər bir-birinə nəzərən çox yaxın quraşdırılıb.

5 yol kəsişməsində isə piyada keçidi yerləşdirilərkən bərabəryanlı görmə üçbucaqları nəzərdə tutulmayıb, piyada keçidi kəsişmədən dərhal sonra təşkil edilib.

Ulus.Az xəbər verir ki, BNA BŞİH-ə irad tutmaqla meriyanın fəaliyyətini tənqid edib. Hətta mer Hacıbala Abutalıbovu insan ölümünə səbəb olmaqda ittiham edib.

Qurum daha əvvəl də ləğv edilmiş Nəqliyyat Nazirliyini qınamışdı.

Bakı Nəqliyyat Agentliyi (BNA) yaradıldığı gündən heç bir dəyişiklik olmayıb. Dövlətdən böyük məbləğdə vəsait xərclənməsinə baxmayaraq, heç bir köklü yenilik yoxdur.

Eyni zamanda Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin fəaliyyəti də ictimai nəqliyyatın hərəkətində müsbətə doğru hər hansı iş görə bilmədi.

Əvvəllər Bakıda tıxac olsa da, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yarandığı ilk vaxtlar küçələrdə quraşdırılan monitorlarda heç olmasa tıxaclı ərazilər göstərilirdi.

Bu gün isə nə həmin monitorlar, nə də dayanacaqlarda quraşdırılan məlumat tabloları işləmir. Onun əvəzinə isə, BNA dayanacaqlara Sovet dövrünün nümunəsinə əsaslanaraq yazılı məlumatlar qoyur.

Paylaş