Dövlət Yol Polisinin avtomobilini mülkü şəxs idarə edərək şou göstərib.

korrupsiya.az avtosfer.az-a istinadən xəbər verir ki, üzərində sayrışan işıq və Yol-Patrul Xidməti yazılmış yol polisi avtomobili ilə “avtoş”luq edən sürücünün videosu sosial şəbəkələrdə yayılıb.

Avtomobilin üzərində Azərbaycanın gerbi və Yol-Patrul Xidməti yazısı olsa da, dövlət nömrə nişanı Gürcüstana məxsusdur. Sükan arxasında isə mülkü şəxs var və o, bir neçə dəfə təhlükəli manevrlər edir.

Videonun sonunda danışan gənc bildirir ki, bu, bir film çəkilişi üçün hazırlanan avtomobildir.

korrupsiya.az

Digər maraqlı xəbərlər korrupsiya.az-ın Facebook səhifəsində

 

Paylaş