Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi rəisi Elman Məmmədovun “yay yuxusu”na getdiyi bildirilir

Ulus.Az-a mədəniyyət idarəsi işçilərindən sızan xəbərə görə,E.Məmmədov bu mövsüm yüksək səviyyədə istirahət edir.

Ona bu rayona gəlmək düşərli olub və toy-bayrama çevrilib. Yaxın ətrafı ilə söhbətində nazirdən razılıq edən E.Məmmədov belə “yağlı” regiona təyinat aldığı üçün minnətdardır.

Ona görə də idarə rəisi nə rayonlara yoxlama aparır, nə fəaliyyətini yoxlayır. Onun işi ştat vahidlərini artırıb işçi götürməklə ”ölü can”lar saxlamaqdır.

Bundan başqa, iddialardan biri budur ki, E.Məmmədov Qarabağ müharibəsi veteranı olması vəsiqəsindən sui-istifadə edir. Bu imtiyazdan yararlanan idarə direktorunun fermaları, təsərrüfatları, biznes məkanları olduğu iddia edilir.

Onun müavini bundan əvvəl təkzib mətni ilə çıxış etsə də, idarə rəisi özü susqunluq nümayiş etdirir. Halbuki Kürdəmir mədəniyyət idarəsinin bir yoxlamalıq canı var ki, nöqsanlar aşkarlansın.

Ulus.Az xəbər verir ki, başqa bir iddia isə ixtisarların olmasıdır. İdarə rəisi Kürdəmir və Füzulidə ixtisarlar həyata keçirmir. Ancaq idarənin İmişli və Xocavənd şöbələrini boşaldır.

Eyni zamanda onun Kürdəmirdə peşəkar mütəxəssislər qaldığı halda Füzulidən Emin İbrahimov adlı adamını baş məsləhətçi gətirməsi, ona 300 manat maaş kəsməsi narazılıq doğurub.

Hələ o da ayrı məsələdir ki, baş məsləhətçi 300 manatla Kürdəmirdə necə yaşayır – onun kirayə pulu, gündəlik xərcləri həmin məbləği aşır.

E.Məmmədovun önəmli adamlarından biri də müavini, Kürdəmir mədəniyyət şöbəsinin müdiri olmuş Vaqif Alıyevdir. V.Alıyev rayondakı nüfuzundan sui-istifadə edərək Kürdəmirdə ixtisarların qarşısını alıb.

Lakin proses İmişlidə və Xocavənddə reallaşıb, kütləvi şəkildə ixtisarlar aparılıb. Maraqlısı budur ki, idarə rəisi ixtisar apardığı rayonlarda yoxlama aparmayıb, təftiş etməyib ki, hansı problemlər var.

Paylaş