Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər rəhbəri Neman Əhədovdur

Komitə rəsmisinin barəsində müxtəlif ittihamlar var.

Feysbukda yazılan xəbərlərdə deyilir ki, Sumqayıtda qeyri-ənənəvi dini təriqət üzvlərinin əl-qol açmasına səbəb var.

Deyilənə görə, N.Əhədov Hacı Sabirin əli ilə Bakı İslam Universitetinə qəbul edilib. Testsiz, imtahansız, özü də 5000 manata. Sonra Suriyaya üz tutub. Altı il Suriyada dini təhsil adı altında bizneslə məşğul olub, sonra qayıdıb.

İddialara görə, onun maddi cəhətdən imkanlı olması DQİDK sabiq sədri Hidayət Orucovun xoşuna gəlib və komitədə işə girməsi üçün 3500 manat verib.

Onun “bazarkom”, “Karvan” ticarət mərkəzinin sahibi Ağamirzə Əhədovun oğlu olması, pul kisəsinin ağzını açdıqdan sonra DQİDK-də şöbə müdiri vəzifəsinə də təyin edilib.

Mənbə qeyd edir: “Bir səhifə yazı yaza bilməyən biri Sumqayıtda dini duruma nəzarət edir. Neman Əhədov heç işə də getmir. Elşad İsgəndərov da səsini çıxartmamışdı.

Öz övladlarınızın gələcəyini düşünün. Sumqayıtın dini durumu pis haldadır. Bir normal adam vəzifəyə gətirilsin. Şəhəri bu bəladan xilas eləsin”.

Ulus.Az xəbər verir ki, mətbuat da kifayət qədər ittihamlar var. Deyilir ki, Sumqayıt şəhərində son illər radikal vəhabizmin və digər radikal məzhəblərin qol-qanad açmasında DQİDK Sumqayıt şəhər şöbəsinin rəhbəri Neman Əhədovun rolu var.

Məlumatda o da qeyd olunur ki, Ağamirzə Əhədov oğlunun iş yerini saxlaması üçün davamlı olaraq DQİDK rəhbərliynə bahalı hədiyyələr verir.

Mediada gedən məlumatda həmçinin Sumqayıtdakı dini durumdan ciddi narahatlıq ifadə olunur.

Ümid olunur ki, məsələ ictimailəşdikdən sonra DQİDK rəhbərliyi konkret addımlar ataraq Sumqayıt şəhərini və bu şəhərdə yaşayan gəncləri dini radikalizm ocaqlarından xilas edəcək.

Qeyd edək ki, Ağamirzə Əhədov hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatının Idarə Heyətinin üzvüdür. O, Sumqayıtda “bazarkom Ağamirzə” kimi tanınır. “Karvan” ticarət mərkəzi Ağamirzə Əhədovun “bazarkomu” olduğu “Kolxoz” bazarının ərazisində inşa edilib.

Bundan başqa Ağamirzə Əhədovun Sumqayıtda başqa iri biznes obyektləri fəaliyyət göstərir. Komitənin və adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Paylaş