Bakının rayon icra başçılarının dəyişəcəyini ilk olaraq biz yazmışdıq. Bildirmişdik ki, şəhərdə icra başçıları daha müasir və reputasiyası təmiz kadrlardan təşəkkül tapacaq…
Ulus.Az-ın yaydığı xəbərlər artıq təsdiqini tapmaqdadır və Yasamal rayonu timsalında ilk addım atılıb.
İbrahim Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra paytaxtın digər rayonlarını da dəyişikliklər gözləyir.
Bu dalğanın davamı olaraq Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov və Nəsimi rayon icra hakimi Asif Əsgərovun vəzifədən gedəcəyi bildirilir.
Hər iki məmur müxtəlif qalmaqalların müəllifidir. Bu günə kimi onları yüksək çinli nazirlər mühafizə ediblər. X.İsgəndərov vergilər nazirinin, A.Əsgərov müəyyən güclərin hesabına vəzifəsində saxlanıb.
Əks halda oğlu avtoqəzada adam öldürən A.Əsgərov və yanan bina işində poliretan üzlüyün çəkilməsinə göstəriş verən X.İsgəndərov çoxdan işdən atılmışdılar.
Ancaq bu gedişat fəsadlar verməkdədir və idarəçilikdə yenilənmə mütləqdir. Ona görə də dövlət başçısı Bakının rayonlarında da icra hakimiyyəti strukturlarında dəyişikliklər edir.
İddialara görə, Binəqədi və Nəsimi rayonlarına yeni icra başçıları təyin olunacağı barədə müzakirələr gedir.
Ulus.Az xəbər verir ki, A.Əsgərovla X.İsgəndərovun paytaxtın iki rayonunu viran qoyması, onlardan tez-tez sakinlərin şikayət etməsi yuxarı dairələrdə statistik material kimi qeydə alınır.
Prezident də bu günlərdə keçirilən müşavirədə bildirmişdi ki, icra başçılarının fəaliyyətinə onlardan gələn şikayət və investorlarla necə işləmələrinə uyğun qiymət veriləcək. Dövlət başçısı dekabrın 15-də ona arayış verilməsini tələb etdi.
Gələn xəbərlərdə deyilir ki, ilin sonunda Nəsimi və Binəqədi rayonlarına yeni rəhbərlər təyin edilə bilər. Binəqədi rayonunun icra başçısı Xaləddin İgəndərov bu posta Vergilər Nazirliyindən gətirilib.
X.İsgəndərov 2012-ci ilin aprel ayından Binəqədi İH başçısı təyin olunub. Ötən müddətdə Binəqədidə elə ciddi dəyişiklik baş verməyib.
Binəqədi rayonunun icra başçısı Xaləddin İgəndərov bu posta Vergilər Nazirliyindən gətirilib. X.İsgəndərov 2012-ci ilin aprel ayından Binəqədi İH başçısı təyin olunub. Ötən müddətdə Binəqədidə elə ciddi dəyişiklik baş verməyib.
Eyni sözləri Nəsimi rayonu haqda da demək olar. Yaşıllıqlar məhv edilir, ərazilər satılır, büdcə pulları talan edilir.