“Atçılıq mərkəzi”nin əməkdaşı Rəşad Səmədov generalın adından pul tələb edir

Hələ bir müddət bundan əvvəl Bakı şəhərinin Bunə qəsəbəsində fəaliyyət göstərən “Atçılq mərkəzi”ində yaşanan tükürpədici olay, sanki hər kəsi lərzəyə salmaqdadır. Belə ki, redaksiyamızın elektron poçtuna göndərilən məlumatda bildirilir ki, adı çəkilən mərkəzdə çalışan Rəşad Səmədov və Hikmət Musayev adlı şəxslər, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin adından etməklə, Nuriyev Hüseyn Rəsul oğlu adlı şəxsi nə az, nə də çox, düz 25 min manat “yükləyə bilirlər”.

Ümumi məlumatda o da bildirilir ki, adı çəkilən şəxslər əvvəlcə Hüseyn Nuriyevə təqribən 12 min manan məbləğində faizə pul verirlər. Düzdür, pulu götürən şəxs götürdüyü pulun faizini əvvəllər ödəyə bilsə də, az sonra müəyyən səbəblər üzündən ödəyə bilmir. Belə olan halda Rəşad Səmədovla Hikmət Musayev onu çalışdıqları mərkəzdə bir neçə gün əli-qolu girov saxlayır, hətta verilən məlumatlara görə onun üstünə silah da çəkirlər. Elə ki, adı çəkilən şəxs onların girovluğundan qurtula bilir, çox keçmədən o, Elçin Quliyevin adından sui-istifadə edən şəxslərin əməlləri ilə bağlı sərhəd xidmətinin rəisini məlumatlandırmağı da bacarır.
Realliq.info qeyd edir ki, həmin vaxt baş verənlərdən xəbər tutan Elçin Quliyev, onun adından sui-istifadə edən, onun yaxınları olduqlarını Hüseyn Nuriyevə çatdıran şəxslərin əməllərinin araşdırılması üçün, adı çəkilən idarədə vəzifə sahibi olan Natiqə tapşırıq verir. Düzdür, Natiq müəllim baş verənlərlə bağlı müəyyən araşdırmalarını aparır və Hikmət Musayev Azərbaycandan xaricdə olduğu üçün, Hüseyn Nuriyevi Rəşad Səmədovla üzləşdirir. Üzləşmə keçirilərkən Rəşad Səmədov şikayətini geri götürmək üçün Hüseyn Nuriyevə 3 min manat pul təkli edir. O, edilmiş təklifi heç bir halda qəbul etmir və şikayətində israrlı olduğunu da bildirir. Belə olan halda Rəşad Səmədov “sənin ora-bura şikayət etməyinin heç bir əhəmiyyəti yoxdur, çünki mənim arxa-dayağım olduqca güclüdür. Bil ki, sən mənə heçnə edə bilməyəcəksən” deyir. Hətta WHATSAPP yazışmasında özünə güvənən “vorzakon” açıq şəkildə yazıb ki, “generala salam de”
Dövlət Sərhəd Xidməti əməkdaşının Rəşad Səmədovu həbs etmək, hansısa formada cəzalandırmaq ixtiyarı olmadığından, Hüseyn Nuriyevin problemi həllini tapmır. Belə olan halda o, üz-üzə qaldığı problemlə bağlı Bakı şəhər Baş Polis İdarəsinə yazılı ərizəsini ünvanlayır. Adı çəkilən idarədə ünvanlanan ərizənin araşdırılması İlqar Fərəcov adlı əməkdaşa həvalə olunsa da, son anda hər hansı nəticə əldə olunmur. Çünki, həmin qurumda adı çəkilən şəxsin əməlləri ilə bağlı cinayət işi açılsa da, çox keçmir ki, başlanmış cinayət işinə xitam verilir. Bu da onu söyləməyə əsas verir ki, həqiqətən də Rəşad Səmədovun dedikləri həqiqətdir ki, ona bir kimsə tutduğu əməllərə görə “gözün üstə qaşın var” deyilmir. Deməli…

Araşdırmalarımız davam edir. Adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
General Elçin Quliyevin adı ilə vətəndaşlar girov saxlanılırGeneral Elçin Quliyevin adı ilə vətəndaşlar girov saxlanılır

Paylaş