Neft maqnatı Con Rokfellerin adı indiyə qədər var-dövlət rəmzi hesab olunur. Məsələ ondadır ki, o, bütün sərvətini sıfırdan başlayaraq qazanıb. Sərvətinin bir hissəsini isə xeyriyyəçiliyə sərf edib.

Onun bəzi aforizmlərini yada salaq:

“İstənilən fəlakəti həmişə hər cür fürsətə çevirməyə çalışın”.
“Böyük xərclərdən qorxmaq lazım deyil, balaca gəlirlərdən qorxmaq lazımdır”.
Obyektiv.org-a veriən məlumatda deyilir ki, əslən Bərdədən olan 3 məmur qardaş da Rokfellerin bu kəlamlarından daim yaralanırlar. Sahibkarlıqda xeyli uğur qazanıblar.

Ancaq məlumdur ki, bütün sivil dünyada məmurun biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağan olunub.

Bəli, məhz qanunla.

Çünki sivil dünya gözəl bilir ki, məmur əlindəki vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda dövlət vəsaitlərini öz şəxsi biznesinə yönəldəcək.
Amma çox təəssüf olsun ki, bizdə hələ ki bu qanun mövcud olsa da işləmir. Və məmurlarımızın çoxunun şəxsi biznesi var, məmurlar dövlət vəzifəsi tutmaqla yanaşı sahibkarlıqla məşğul olurlar.
Yuxarıda qeyd etdiyimiz bu 3 qardaşdan hər biri ayrı-ayrı bölgədə və şəhərlərdə məmurdur. Birinin rayonda icra başçılarının qibtə edəcəyi 12 milyonluq villası, birinin ümumi dəyəri bir neçə milyon olan təsərrüfatları, birinin isə öyünəcəyi ən bahalı avtomobilləri, obyektləri var.
Ancaq Bakıdakı ən bahalı şadlıq saraylarından biri- “Su səsi” onların ümumi əmlakına daxildir. Maraqlıdır , məvacibləri min manatı keçməyən məmur qardaşlar azı 20 milyon olan restorana necə sahib olublar? Bura onların obyektlərini, villa və təsərüfatları əlavə etsək 43 milyona yaxın pul edir. Az deyil.
Nəzərə alsaq ki, bunlar orta səviyyəli, hətta kiçik məmurdurlar.
Ardı var.(nia.az)

Paylaş