14 iyulda Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapıldı. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı vardı.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır.

Kənd camaatı onu yaxşı insan kimi xarakterizə edir, heç kimlə ədavətinin olmadığını qeyd edirdilər. Nəzərə olsaq ki, qarşıdakı aylarda mərhum oğluna toy etməyi planlaşdırırdı onun intihara əl atması lap müəmmalı görünür.

Versiyalardan biri külli-miqdarda borcun olması göstərilir.

10may.az-a rayondan verilən məlumatda bildirilir ki, mərhumun meyidinin tapıldığı tikili sovet vaxtı qonaq evi olub. Hazırda Əmlak Komitəsinin balansındadır. Ölümündən az əvvəl Fətəli Rüstəmov həmin obyekti satmaq istəyib. Qiyməti 40 mindən baha deyib. Alıcı razılaşmayıb. Deyib ki, ikinci mərtəbədəki “fnski” evlərin taxtası çürükdü, bu qiyməıtə dəymir. Mərhum bildirib ki, bu qiymətdən 25 min tikilinin öz qiymətidi, Əmlak Komitəsinə çatacaq. Yəni dövlətə. Qalan pulu isə Bağı Məsimov (Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şəki-Oğuz Regional İdarəsinin rəisi) onun borcundan çıxacaq.

Yəni bu satışdan artıq nə qazansa, 10 yaxud 15 min….borcundan silinəcək. Mərhumun Bağı Məsimova nə qədər borcunun olub –olmamasını aydınlatmaqdan ötrü Şəki ilə əlaqə saxladıq.

Bağı Məsimov dedi ki, obyekt satışa çıxarılmışdı:” Bu sirr deyil. Ancaq Fətəli Rüstəmovun mənə heç bir borcu olmayıb.”

Deyilənə görə həmin obyektin açarı mərhumun cibindən taplıb. Nədən Əmlak Komitəsinin balansında olan obyektin açarı kənd bələdiyyə sədrinin üstündə olmalı idi. Həm də intihar niyə məhz bu tikilidə gerçəkləşdi, bəlkə mərhum nəyəsə işarə edib? Hər halda bunu istintaq araşdıracaq. Mövzuya qayıdacağıq.nia.az

Paylaş