Göyçaya Mehdi Səlimzadənin icra başçısı təyin olunduğu gündən qulaq hər gün bir söz eşitməsə “kar” olar; Bu günə kimi Mənsur Məmmədov, Mübariz Ağayev, Yaşar Məmmədov Göyçaya rəhbərlik ediblər…

Onların da heyrətamiz əməlləri, talançılığı az olmayıb. Amma M.Səlimzadə xələflərini qabaqlayaraq onlara rəhmət oxudur. Çünki gəldiyi gündən Göyçayda özbaşınalıq halları artıb.

Ulus.Az-ın əldə etdiyi yeni məlumata görə, indi də Göyçayda 10 kilometrlərlə uzunluğunda su boruları əhalinin gözü qarşısında sökülərək başqa ərazilərə daşınır.

Əvvəlcə əkin sahələrinin suvarılması üçün istifadə olunan nikel və dəmir borular çıxarılırdısa, indi də azbes borular naməlum istiqamətlərə daşınır. Məgər boru satmaqla pul qazanmaq 110 min əhalisi olan rayonun mənafeyinden bu qədeərmi üstün oldu?

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun yazdığı informasiya və yaydığı fotolardan görünür ki, rayonda azbes borular sökülərək peşkəş olunur. Bunu “Azərsu”nun yerli idarəsi, yoxsa Göyçay icra hakimiyyəti rəsmilərinin etdiyi bilinmir.

Faktiki olaraq hamının gözü qabağında bu qanunsuzluq baş verir və müvafiq qurumlar tükünü də tərpətmir.

 Göyçay rayon rəhbərliyinin məsələdən xəbəri olsa da, buna göz yumur, özünü bilməmiş kimi aparır.

Rayon sakinləri bildirirlər ki, həmin boruların hara daşındığı bilinmir. Bu da korrupsiya, qarət və dövlət əmlakının talan edilməsi, əhaliyə məxsus boruların oğurlanması faktıdır ki, gizlədilir.

Ümumiyyətlə, son vaxtlar Göyçayda bir əxlaqsız qadın vasitəsi ilə bir neçə nəfər şərlənib və onlardan mənafelərine uyğun istifadə olunub. 100-lərlə sahibkar hədə-qorxu ilə soyulub.

1 milyondan yuxarı dəyəri olan su boruları sökülərək satılıb, nəqliyyat xidməti inhisarçılıq məqsədilə qanunsuz olaraq ələ keçirilib.

Bir parça çörək pulu qazanan kiçik sahibkarlar bu bazardan o bazara qovularaq giriftar vəziyyətdə qalıblar, arxa-dayağı olmayan məmurlar şantaj olunaraq əmlakları əlindən alınıb və ya şərlənərək işdən atılıb.

M.Səlimzadə “vurmaq” istədiyi şəxs barədə əvvəlcə mətbuat vasitəsi ilə mənfi imic yaradır, daha sonra isə istədiyi addımı qanunsuz da olsa atır. Artıq Prezident Administrasiyasında da onun yalan-palan taktikalarına bələd olublar.

Rayonda boruları söküb satırlar
Rayonda boruları söküb satırlar
Rayonda boruları söküb satırlar

Paylaş