Bir neçə gündür Azərbaycan Güləş Federasiyası ilə milli komandanın güləşçiləri arasında baş verən maaş qalmaqalı gündəmi zəbt edib
Federasiya prezidenti olanb vergilər naziri Fazil Məmmədovla SOCAR prezidenti Rövnəq Abdullayev güləşçilərin maaşı məsələsində rüsvay olublar.
Məlum olub ki, R.Abdullayevin “Neftçi” İdman klubu güləşçi Rəsul Çunayevlə yolları maliyyə probleminə görə ayırıb. Klubdan deyilib ki, imkan buna çatır.
Neft ölkəsinin idman klubu, oliqarx-məmur R.Abdullayevin kurasiyasında olan idman komandası güləşçisinə maaş ödəyə bilmir.
İkinci biabırçılıq isə vergilər nazirinin, o nazirin ki, hər yerdə biznesi, milyonları var. Güləşçilərə 1 ildir əmək haqqı vermir.
Güləşçilərin mətbuata səs-küylü açıqlamasından sonra Federasiya adından milli komandanın baş məşqşisi açıqlama yayaraq güləşçiləri demək olar ki, xəyanətlə günahlandırdı.
Öz növbəsində isə etirazçıların lideri kimi görünən Rəsul Çunayevin lüks həyatı, bahalı avtomobilləri, “zerkalnıy” nömrələri ictimaiyyətə tirajlandı.
Ancaq bahalı avtomobillərdən sadəcə Çunayevdə yoxdur. Azərbaycan Güləş Federasiyasının Vitse-prezidenti Elçin Cəfərovun oğlu Elşən Cəfərov heç də Rəsul Çunayevdən ucuz həyat yaşamır.
Yeniyetmə Cəfərovun bir-iki günlük xərci güləçilərə verilən maaşdan az deyilmiş. Onun mətbuatda maşınlarının fotoları yayılıb.
“333” nömrəli avtomobil AGF-nin vitse-prezidenti Elçin Cəfərovun, “777” nömrəli nəhəng avtomobil isə yeniyetmə oğluna məxsusdur.
Azərbaycan prezidentinin əməyini yerə vuran SOCAR prezidenti ilə vergilər naziri utandırıcı problemlə ölkə gündəminə gəliblər.
Azərbaycanı dünyada rüsvay edən, idman ölkəsində güləçilərə əmək haqqı verməyən, beynəlxaql yarışlarda iştirak edən idmançılarımız qayğı göstərməyən məmurlar prezidentin zəhmətini boşa çıxarırlar.
Dövlət başçısı idmançılara ən yüksək səviyyədə dəstək verir, onları həmişə mükafatlandırır. Ancaqiş o yerə çatıb ki, maaş ala bilməyən güləşçilər aksiya keçiriblər.
Nazirlə SOCAR şefi isə milyonluq maşınlara, hotellərə, istirahət mərkəzlərinə, villalara sahibdirlər. Bəs, onların niyə maliyyə problemi yoxdur? Ən azı nazirin Şəmkirdə, SOCAR rəhbərinin Şamaxıda nələrə sahib olduğunu hamı bilir.
Azərbaycan idman ölkəsidir. Respublikamızda müxtəlif beynəlxalq yarışlar təşkil olunur; Avropa Oyunları, İslam Oyunları, Formula – 1 yarışları ölkəmizi idman məmləkəti kimi tanıdıb…
Dövlət tərəfindən də idmana çox ciddi dəstək və maliyyə verilir. Amma bəzi məmurlar bu siyasətə kölgə salır, ləkələyir, prezidentin əməyini yerə vururlar. Prezident güləşçilərə şərait yaradılması üçün dəstək verir, nazir isə onları maaşa görə ayağa qaldırır.
Azərbaycanı dünyada rüsvay edən nazir fikirləşmir ki, bu məsələdən beynəlxalq idman aləmi xəbər tutur. Bəs, “Neftçi” idman klubunun niyə maliyyəsi yoxdur? Hara gedir bu pullar? Ulus.az